Azərbaycan Respublikası Milli Məclisinin müzakirəsinə çıxarılan “Siyasi Partiyalar haqqında” qanun layihəsi barədə ictimai-siyasi fəalların və insan hüquqları müdafiəçilərinin birgə BƏYANATI

tərəfindən Gozetci

Biz, bu sənədi imzalayan şəxslər Azərbaycan Respublikası Milli Məclisinin müzakirəsinə təqdim edilən “Siyasi Partiyalar haqqında” qanun layihəsini ölkənin ictimai həyatının idarə olunmasında iştirak etmək hüququ və birləşmək azadlığını məhdudlaşdıran müddəalardan ibarət mürtəce sənəd hesab edirik. Eyni zamanda, belə bir mürtəce layihənin qəbul edilməsini Azərbaycan Respublikası vətəndaşlarının azad siyasi iradəsinin boğulmasına yönəlik növbəti siyasi akt sayırıq.

Hesab edirik ki, yeni qanun layihəsində siyasi partiyanın təsis edilməsi, qeydiyyata alınması, maliyyələşməsi, fəaliyyətinə nəzarət, fəaliyyətinin dayandırılması və ya xitam verilməsi və s. hallar üzrə müddəaları siyasi fəaliyyət imkanları ildən-ilə məhdudlaşan ölkə üçün qəbul edilməzdir. Eyni zamanda, “Siyasi partiyalar haqqında” qanun layihəsi ölkəmizin üzv olduğu Avropa Şurasının təməl prinsipləri, o cümlədən Avropa İnsan Hüquqları Konvensiyasının 11-ci maddəsinin tələblərinə cavab vermədiyini bəyan edirik.

Azərbaycan hakimiyyətinin qanun layihəsinin Avropa standartlarına uyğunluğunu müəyyən etmək üçün Avropa Şurası Qanunçuluq üzrə Demokratiya (Venesiya) Komissiyasının rəyini almaqdan imtina etməsini – demokratiyadan imtina kimi qiymətləndiririk.

Biz, Azərbaycan vətəndaşlarının siyasi həyatda iştirak hüququnu və birləşmək azadlığını vacib və əvəzolunmaz hesab edərək, sözügedən layihə ilə bağlı aşağıdakıların icrasını zəruri bilirik:

  • Milli Məclisin müzakirəsinə təqdim edilən yeni qanun layihəsi gündəlikdən çıxarılsın;
  • Hazırda qüvvədə olan “Siyasi partiyalar haqqında” qanun Avropa Şurası Venesiya Komissiyası və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun üzv ölkələrdə siyasi partiyaların nizamlanması üçün tərtib etdiyi qaydalar və tövsiyələri nəzərə alınmaqla təkmilləşdirilsin;
  • Avropa Şurasının Baş Katibi, Parlament Assambleyası və digər strukturları Azərbaycan hökümətinin hərəkətsizliyini izləmək yerinə, mövcud layihə üzrə qanunun qəbulundan öncə Venesiya Komossiyasının rəy verməsi üçün səlahiyyətlərini işə salsın.

 

Bakı şəhəri,  29 noyabr 2022-ci il

 

 

İmzalar:

  1. Akif Qurbanov, Demokratik Təşəbbüslər İnstitutunun (IDI) rəhbəri
  2. Aqil Layıc, hüquqşünas
  3. Anar Məmmədli, Seçkilərin Monitorinqi və Demokratiyanin Tədrisi Mərkəzinin rəhbəri
  4. Azər Qasımlı, Siyasi Menecment İnstitutunun direktoru
  5. Bəxtiyar Hacıyev, siyasi fəal
  6. Bəşir Süleymanlı, Vətəndaş Hüquqları İnstitutunun rəhbəri
  7. Elçin Rəşid, iqtisadçı ekspert
  8. Elman Fəttah, siyasi şərhçi
  9. Emin İbrahimov, keçmiş diplomat, siyasi fəal
  10. Ələsgər Məmmədli, hüquqşünas
  11. Ənnağı Hacıbəyli, hüquqşünas
  12. Fariz Namazlı, hüquqşünas
  13. Xalid Ağalıyev, Media Hüququ Qrupunun rəhbəri
  14. İntiqam Əliyev, hüquqşünas
  15. Nemət Kərimli, hüquqşünas
  16. Rövşən Ağayev, iqtisadçı ekspert
  17. Ruslan İzzətli, siyasi fəal
  18. Rüfət Səfərov, “Müdafiə Xətti” İnsan Haqları Təşkilatının həmtəsisçisi
  19. Samir Kazımlı, “Hüquq Platforması” Təşəbbüs Qrupunun rəhbəri
  20. Səməd Rəhimli, hüquqşünas
  21. Şahin Cəfərli, siyasi şərhçi
  22. Şəhla Hümbətova, hüquqşünas
  23. Şəhla İsmayıl, Rasional İnkişaf Uğrunda Qadınlar Cəmiyyətinin rəhbəri
  24. Toğrul İsmaylov, ictimai fəal
  25. Toğrul Vəliyev, iqtisadçı ekspert
  26. Yadigar Sadıqlı, tarixçi
  27. Yalçın İmanov, hüquqşünas
  28. Zaur Əkbər, “Müdafiə Xətti” İnsan Haqları Təşkilatının həmtəsisçisi
  29. Zibeydə Sadıqova, hüquqşünas

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az