Müsəlman Birliyi Hərəkatının üzvü saxlanılıb

tərəfindən Gozetci

Müsəlman Birliyi Hərəkatının üzvü Şahin Qədirov saxlanılıb. Hərəkatın mətbuat xidmətindən Turan-a bildiriblər ki, Qədirov noyabrın 23-də axşam fəhlə  işlədiyi müəssisədən çıxarkən saxlanılıb.

Onu üç nəfər mülki geyimli şəxs saxlayaraq “Toyota Camry” avtomobilinə mindirib və naməlum istiqamətə aparıb.

Hərəkatda Qədirovun saxlanmasının mümkün səbəblərini söyləməkdə çətinlik çəkiblər.

“Şahin Qədirov sakit təbiətli adamdır. Ailəsini dolandırmaq üçün günəmuzd işlərlə məşğul olur”, – mətbuat xidmətindən bildiriblər.

Qədirovun ailə üzvləri Daxili İşlər Nazirliyinin 102 Çağrı  Mərkəzilə əlaqə saxlasalar da, onun taleyinə aydınlıq gətirmək mümkün olmayıb.

Hüquq-mühafizə orqanlarından şərh almaq mümkün olmayıb.

Hazırda təşkilatın rəhbəri Taleh Bağırzadə də daxil olmaqla,  Hərəkatın 9 üzvü həbsxanadadır.

Turan 

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az