AXCP-nin icazəsiz aksiyası zamanı onlarla insan saxlanılıb

tərəfindən Gozetci

Sentyabrın 30-da müxalif Azərbaycan Xalq Cəbhəsi Partiyası “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinə etiraz olaraq aksiya keçirib. Aksiyanın Milli Məclisin binası qarşısında keçirilməsi nəzərdə tutulsa da, polis etirazçıları buraya buraxmayıb.

Aksiyadan öncə iyirmiyədək AXCP üzvü və digər icitimai-siyasi fəallar saxlanılıb.

Milli Məclisin binasına yaxın ərazilərdə polis etirazçıların qarşısını kəsib. Onlarla fəal polis tərəfindən saxlanılıb. Aksiya iştirakçıları “Azad seçki!”, “İstefa!”, “Azadlıq!”, “Diktaturaya son!”, “Siyasi Partiyalar haqqında yeni qanun layihəsinin ləğvi!”, “Siyasi məhbuslara azadlıq!” şüarları səsləndiriblər.

Polis jurnalist Sevinc Sadıqova və ictimai fəal Gülmira Aslanovanı Bakıdan kənar əraziyə apararaq, avtomobildən düşmələrini istəyib. Onlar bunu canlı yayımla göstəriblər.

Polis aksiya ilə bağlı hələ məlumat yaymayıb.

Turan

 

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az