Almaniyadan deportasiya olunmuş fəal 7 il müddətinə azadlıqdan məhrum edilib

tərəfindən Gozetci

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi çərşənbə günü Almaniyadan deportasiya olunmuş fəal Məlik Rzayev barəsində hökmü elan edib. O, külli miqdarda narkotik vasitənin ticarətində ittiham olunaraq (CM-in 234.4.3-cü mad.), 7 il müddətinə azadlıqdan məhrum edilib.

Vəkili Nemət Kərimlinin verdiyi məlumata görə, Rzayev özünü təqsirli bilməyib. Müdafiə tərəfi hökmdən şikayət vermək niyyətindədir.

Məlik Rzayev ötən ilin oktyabrından etibarən Almaniyadan deportasiya olunduqdan sonra həbs edilən yeddi fəaldan biridir.

Onlardan beşi narkotik vasitələrin qanunsuz dövriyyəsində, biri bədən xəsarəti yetirməkdə, digəri isə məhkəmə qərarını icra etməməkdə ittham olunub.

Turan

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az