Bakı Şəhər İcra Hakimiyyəti AXCP-nin aksiyasına icazə vermədi

tərəfindən Gozetci

“Rəyasət Heyəti aksiyanın icazəsiz keçirilib-keçirilməməsinə qərar verəcək”

Bakı Şəhər İcra Hakimiyyəti Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sentyabrın 30-da Milli Məclisin qarşısında aksiya keçirməsini məqsədəuyğun saymır.

İcra hakimiyyətinin partiyaya cavab məktubunda belə deyilir.

Bu barədə Meydan TV-yə partiyanın Rəyasət Heyətinin üzvü Vahid Məhərəmli məlumat verib.

Vahid Məhərrəmli aksiyanın keçirilib-keçirilməməsi barədə suala isə belə cavab verib:

“Rəyasət Heyəti toplanıb qərar verəcək, indidən heç nə deyə bilmərəm”.

Mənbə: AXCP

Vahid Məhərəmli bildirib ki, aksiyanın tələbləri sırasında siyasi partiyalar haqqında yeni mürtəce qanun layihəsinə etiraz əsas yer tutur.

Bununla yanaşı, siyasi məhbusların azad edilməsi, azad seçki, demokratik islahatlar, sərhədlərin açılması, Rusiyada yaşayan azərbaycanlıların təcili olaraq vətənə qayıdışının təşkil edilməsi də aksiyanın tələbləri arasında yer alıb.

Meydan TV 

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az