Elçin Məmmədi vaxtından əvvəl azad etməkdən yenə də imtina ediblər

tərəfindən Gozetci

Bu gün Ali Məhkəmə hüquq müdafiəçisi və jurnalist Elçin Məmmədin cəzasının üçdə birini çəkməsi ilə əlaqədar şərti azadlığa buraxılmasından imtina barədə Bakı Apellyasiya Məhkəməsinin qərarından verdiyi kassasiya şikayətini təmin etməyib.

*”Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi” qeyri-hökumət təşkilatının rəhbəri və “Yüksəliş naminə” saytının redaktoru Elçin Məmməd 2020-ci ilin martında həbs edilib. Həmin il oktyabrın 17-də Sumqayıt Şəhər Məhkəməsi onu  “oğurluqda” və “qanunsuz olaraq silah-sursatın saxlanılmasında” təqsirli bilərək 4 il müddətinə azadlıqdan məhrum edib.

Amnesty International, PEN, FİACAT və digər beynəlxalq təşkilatlar Elçin Məmmədin həbsini pisləyiblər. Yerli hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar.

Ötən ilin oktyabrında Sabunçu Rayon Məhkəməsi Məmmədi cəzasının üçdə bir hissəsini çəkməsilə əlaqədar şərti olaraq vaxtından əvvəl azad etməkdən imtina edib. Sonradan Bakı Apellyasiya Məhkəməsi bu qərarı qüvvədə saxlayıb. Ali Məhkəmə bu gün Məmmədin kassasiya şikayətini təmin etməyib.

Qeyd edək ki, iyulun 1-də Bakının Sabunçu Rayon Məhkəməsi Məmmədin həbs müddətinin yarısını çəkdikdən sonra şərti olaraq vaxtından əvvəl azadlığa buraxılmasından imtina edib.

Onun vaxtından əvvəl azadlığa buraxılmasına dair müraciətinə baxılması ərəfəsində iyunun 27-də Elçin Məmməd aclıq elan edib. Lakin iyulun 6-da vəziyyətinin kəskin pisləşməsindən sonra bir sıra xroniki xəstəliklərdən əziyyət çəkən fəal aclığı dayandırmağa məcbur olub.

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az