Fəal Abid Qafarovun işi üzrə məhkəmə baxışı qeyri-müəyyən müddətə təxirə salınıb

tərəfindən Gozetci

Abid Qafarovun işi üzrə keçirilən məhkəmə prosesindədə linqvistik ekspertizanın təyin edilməsi barədə qərar qəbul edilib. Bununla əlaqədar məhkəmə qeyri-müəyyən müddətə təxirə salınıb. Bu barədə Qafarovun özü məlumat verib.

İctimai fəal həbs oluna bilər

Bakı/06.07.22/Turan: İyulun 6-da Yasamal rayon məhkəməsində “Bakı Birlik Təşkilatı” ictimai birliyinin sədri, KİM.TV youtube kanalının aparıcısı Abid Qafarova qarşı xüsusi cinayət ittihamı qaydasında şikayətə baxılmasına başlanıb.

Ona qarşı İkinci Qarabağ müharibəsi veteranlarından ibarət qrup iddia qaldırıb. Qafarovun Turan-a verdiyi məlumata görə, əvvəlcə şikayətçilərin sayı 7 nəfər idi, sonradan dörd veteran şikayətini geri çəkib.

Şikayətlərə Qafarovun internetdəki çıxışında veteranları “cəsarətlə ermənilərin üzərinə getsələr də, indi isə öz hüquqları uğrunda mübarizə aparmadıqlarına, çarəsizlikdən ağızlarını tikdiklərinə, özlərini yandırdıqlarına” görə qınayıb. Əsl cəsarət zülmə qarşı göstərilən cəsarətdir, veteranlar isə “itaətkarcasına” davranırlar.

Qafarov ittihamı hüquqi cəhətdən əsassız hesab edir, belə ki, o, şəxsən heç kimin adını çəkməyib. “Mən veteranları təhqir etmək istəmirdim, əksinə, istəyirdim mi, onların hüquqlarını pozulmasın”, deyə o qeyd edib. O, öz mövqeyini izah etdikdən sonra dörd veteran şikayətini geri çəkib.

“Vəkilim Elçin Sadıqov məhkəmədən iş materialları ilə tanış olmaq üçün bir həftə vaxt istədi. Amma hakim ona 15 dəqiqə vaxt verdi. Qanun pozuntusuna yol verərək, məni zaldan buraxmadılar, amma mən israr etdim. Proses bərpa olunduqda vəkil zalda deyildi, amma hakim iclası təxirə salmadı, mənə dövlət vəkili təyin etdi”, deyə Qafarov bildirib.

Fərdi ittihamçılar onun böhtan və təhqirə görə – CM-in 147 və 148-ci maddələri ilə bir il müddətinə azadlıqdan məhrum edilməsini tələb edirlər.

“Veteranlardan alət kimi istifadə edirlər, bunun arxasında hakimiyyət dayanır”, Qafarov belə hesab edir.

Hüquq müdafiəçiləri də Qafarova qarşı ittihamın əsassız olduğunu hesab edirlər. Onların fikrincə, Qafarova qarşı təzyiq onun “Tərtər işi”ndə işgəncə faktlarını ifşa etməsi ilə bağlıdır.

Qeyd edək ki, bir müddət əvvəl “Tərtər işi”nin fiqurantlarına qarşı işgəncə faktlarını ifşa edən hüquqşünas İlham Aslanoğlu da 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Turan

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az