Aytən Məmmədova istintaqın nəticəsiz olmasından narazıdır

tərəfindən Gozetci

Jurnalist Aytən Məmmədova sosial şəbəkədəki səhifəsində onu yaşayış binasının liftində bıçaqla hədələyən adamın axtarışı ilə bağlı istintaq orqanlarına xəbərdarlıq dərc edib.

“İnsanı bu həddə çatdırmayın. Mən də susuramsa, öz abrıma görədir. O demək deyil ki, sözüm yoxdur. Mənim də səbrimin həddi var…”, – Məmmədova yazıb.

Daha öncə həmin statusda bildirib ki, həbsdə olan bir jurnalist azadlığa çıxandan sonra həbs müddətində şahidi olduğu işgəncələrdən  bəhs edən silsilə yazılar yazırdı. Hər dəfə yazı yayımlanandan sonra Penitensiar Xidmət orada yazılanları təkzib edirdi.

Mayın 8-də Aytən Məmmədovaya ailəsilə birlikdə yaşadığı binanın liftində hücum olub. Naməlum kişi iki dəfə bıçağı onun boğazına dirəyib, onun ifşaedici nəşrlərinə eyham vuraraq qızının həyatı ilə hədələyib. Məmmədova hesab edir ki, təcavüzə məruz qalmasının səbəbi Tovuz rayonunda qızın qətlilə bağlı rezonans doğurmuş işin baxıldığı Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən proses barədə yazdığı yazılardır. Müdafiə tərəfi hesab edir ki, qızı hakimiyyətin havadarlıq etdiyi cinayətkarlar öldürüblər, müttəhim isə günahsızdır. İstintaqı Bakı Şəhər Baş Polis İdarəsi aparır.

Aytən Məmmədova Turan-la söhbətində bildirib ki, qaldırılmış  cinayət işi üzrə istintaq praktikasından çox şey üzə çıxara bilər, lakin vəkillə məsləhətləşməlidir. Turan eşitdiklərini dərc etməmək şərtilə onunla söhbətindən bir şeyi açıqlaya bilər: ikihəftəlik istintaqda polis heç nəyə nail olmayıb, baxmayaraq ki, həftə sonları nəzərə alınmasa, Məmmədova hər gün polisə çağırılır, onunla bir neçə saat söhbət aparılır.

Aytən Məmmədova ilk dəfə  mayın 11-də Meta-da açıqlama yayaraq istintaqla fəal əməkdaşlıq etməsinə baxmayaraq, istintaqın nəticəsiz qaldığını bildirib.

Jurnalist bildirib ki, heç kimlə ona və qızına qarşı zorakılığa səbəb ola biləcək şəxsi münaqişəsi olmayıb. O iddia edir ki, liftdə hücum onun peşə fəaliyyətilə bağlıdır. Məmmədova həmçinin deyir ki,  “ağıllanmaq” barədə məsləhəti rədd edir və öz peşə borcunu yerinə yetirməyə davam edəcək.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 134-cü (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) maddəsilə cinayət işi başlanıb.

Azərbaycan və beynəlxalq hüquq-müdafiə, jurnalist təşkilatları Aytən Məmmədovanın müdafiəsinə qalxaraq günahkarların tapılaraq cəzalandırılmasını tələb ediblər.

Turan

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az