AXCP Mingəçevir şöbəsinin fəalı Ceyhun Rzayev saxlanılıb (YENİLƏNİB)

tərəfindən Gozetci

Mingəçevirdə saxlanılan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Ceyhun Rzayev axşam saatlarında şəhər polis idarəsindən sərbəst buraxılıb.

Bu barədə Turan-a AXCP Mingəçevir şöbəsinin rəhbəri Elşən Abdullayev məlumat verib.

Onun sözlərinə görə, R.Rzayev polisi idarəsindən çıxandan sonra bildirib ki, qanunsuz əməl törətdiyinə dair sübut olmadığından  sərbəst buraxılıb.

*   *   *

Mayın 17-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının Mingəçevir şöbəsinin fəalı Ceyhun Rzayev saxlanıldığı bildirilir.

Partiyadan verilən məlumata görə, onu mülki geyimli şəxslər saxlayıb.

“Ceyhun bəy bu gün qızını məktəbdən götürərkən 3 nəfər tərəfindən saxlanılıb. Qızına isə deyiblər ki, sən get evə atan tezliklə evə qayıtmayacaq”.

AXCP-dən əlavə olunub ki, Ceyhun Rzayev mayın 14-də Bakıda “Kriminal dövlət istəmirik” adlı aksiyasına dəstək olaraq Mingəçevirdə təkadamlıq aksiya keçirib saxlanılmışdı, sonra isə sərbəst buraxılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin KİV və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev Turana bildirib ki, özünü Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü kimi təqdim edən və əvvəllər Cinayət Məcəlləsinin 182, 234, 243 və 244-cü maddələri ilə məhkumluq həyatını yaşayan Ceyhun Rzayev narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılıb.

“Hazırda onun barəsində müvafiq araşdırma aparılır. Araşdırma nəticəsindən asılı olaraq əməli tövsif olunacaq”.

Elşad Hacıyev vurğulayıb ki, C.Rzayevin saxlanmasında heç bir siyasi motiv yoxdur.

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az