İctimai fəallar və jurnalistlər 14 maya yürüş təyin ediblər

tərəfindən Gozetci
İctimai fəallar və jurnalistlər son vaxtlar ölkədə baş verən təhdid, qaçırılma və işgəncə hallarına etiraz olaraq yürüş keçirəcəklər. Bu barədə yürüşün təşkilat komitəsinin yaydığı məlumatda qeyd olunub.

Məlumatı olduğu kimi təqdim edirik:

Biz, ictimai-siyasi fəallar, jurnalistlər, vətəndaş cəmiyyəti nümayəndələri son zamanlar Azərbaycanda tanınmış ictimai-siyasi şəxslərə qarşı törədilmiş cinayətlərə, artan zorakılığa və cəzasızlığa etiraz edirik.

Tofiq Yaqublunun polis bölməsindən çıxarılaraq vəhşicəsinə döyülməsi, jurnalist Əvəz Hafizlinin xüsusi amansızlıqla qətlə yetirilməsi, Bəxtiyar Hacıyevin oğurlanaraq insan ləyaqətini alçaldan rəftara məruz qalması, nəhayət, jurnalist Aytən Məmmədovanın soyuq silahla özünün və azyaşlı övladının ölümlə hədələnməsi və digər bir çox fəal şəxslərə qarşı ictimailəşməmiş təhdidlərin olması, hüquq-mühafizə orqanlarının bu cinayətləri araşdırmaması onu göstərir ki, bu cinayətlər sistemli xarakter daşıyır.
Hesab edirik ki, bu cinayətlər son deyil və cəmiyyət olaraq etiraz etməsək daha ağır cinayətlər, o cümlədən, siyasi qətllər baş verəcək. Biz bu qorxunc hadisələr zəncirini dayandırmaq tələbi ilə 14 may, 2022-ci il tarixində, saat 15:00-da Fəvvarələr Meydanından başlayaraq Daxili İşlər Nazirliyinin qarşısına doğru dinc etiraz yürüşü təyin edirik.
Təşkilat Komitəsinin siyahısı:
1) Bəxtiyar Hacıyev
2) Ülvi Həsənli
3) Mehman Hüseynov
4) İlkin Rüstəmzadə
5) Zaur Əkbər
6) Rüfət Səfərov
7) Əhməd Məmmədli
8. Əziz Məmiyev
9) Rüstəm İsmayılbəyli
10) Tofiq Yaqublu
11) Nərmin Şahmarzadə
12) Ruslan İzzətli
13) Gülnara Mehdiyeva
14) Fuad Əhmədli
15) Fatimə Mövlamlı
16) Fikrət Cəfərli
17) Rəbiyyə Məmmədova
18) Qiyas İbrahim
19) Nemət Kərimli
20) Səxavət Soltanlı
21) Elmir Abbasov
22) Sənübər Heydərova
23) Fərid İmanov
abzas.org

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az