Polis müxalifətin Rəsulzadənin abidəsini ziyarət etməsinə mane olmağa çalışıb

tərəfindən Gozetci

Demokratik Qüvvələrin Milli Şurasının (DQMŞ) rəhbərliyi yanvarın 31-də Novxanı qəsəbəsində Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) banilərindən olan Məmməd Əmin Rəsulzadənin abidəsinin kütləvi ziyarətini təşkil edib.

Aksiya onun anadan olmasının 138-ci ildönümünə həsr edilib.

Amma polis müxalifətçilərin yolunu kəsərək, karantin rejiminə istinadla 10 nəfərlik qruplar şəklində getməyi tələb edib.

AXCP lideri Əli Kərimli DQMŞ rəhbərliyinin onsuz da 10 nəfərlik tərkibdə gəldiyini deyib.

“Yeni il gecəsi Bakıda yüz minlərlə insan bir yerə yığışıb Yeni İli qeyd edirdi, amma polis buna mane olmadı. Onda pandemiya yox idi?”, deyə Kərimli sual edib.

15-20 dəqiqə gözlətdikdən sonra nəhayət DQMŞ rəhbərliyinin abidəni ziyarət etməsinə icazə verilib.

Bazar ertəsi səhər saatlarında Müsavat Partiyası rəhbərliyi və fəalları abidəni ziyarət edərkən də bənzər problem yaşanmışdı.

Turan

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az