İlham Hüseyndən izahat alınıb və ona şifahi xəbərdarlıq edilib
AXCP Rəyasət Heyətinin üzvü İlham Hüseyni yanvarın 21-də Baş Prokurorluğa çağırıblar.
AXCP funksionerinə 2021-ci ilin noyabrında “Facebook” səhifəsində yazdığı statusa görə şifahi xəbərdarlıq edilib.
Bu barədə İlham Hüseyn özü Meydan TV-yə məlumat verib.
Cəbhəçinin sözlərinə görə, onu Baş Prokurorluğun idarə rəisi Elnur Musayev dindirib:
“Mən ötən ilin noyabrında həmin statusu “Azadlıq” qəzetində yayılan məlumata istinadən yazmışdım və bu, ölkənin xeyrinəydi. Müharibəylə bağlı status olub”.
İlham Hüseyn izahat yazdığını və şifahi xəbərdarlıq ediləndən sonra sərbəst buraxıldığını söyləyib.
İlham Hüseyn ötən ilin dekabrında Saleh Rüstəmovun azadlığı tələbiylə keçirilən aksiyada saxlanılaraq 30 sutka inzibati həbs cəza almışdı.
Meydan TV