AXCP fəalının işi üzrə məhkəmə prosesi

tərəfindən Gozetci

Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) yerli fəalı, şahmat məşqçisi Şahin Hacıyevin işi üzrə hazırlıq iclası keçirilib.

O, 234.4.3-cü maddə (böyük ölçüdə narkotik vasitələrin qanunsuz dövriyyəsi) ilə ittiham olunur.

AXCP-də onun ölkə rəhbərliyini tənqid etdiyinə görə təqib edildiyini hesab edirlər.

Hazırlıq iclasında məlum olub ki, təqsirləndirilən şəxs cinayət işinin materialları ilə tanış olmayıb və ittiham aktı ona təqdim edilməyib. Bununla əlaqədar proses yanvarın 21-nə təxirə salınıb, bu barədə “Müdafiə Xətti” QHT-nin məlumatında deyilir.

Təşkilat ittihamın doğruluğuna şübhə edir.

“Müdafiə Xətti” QHT-nin rəhbəri Rüfət Səfərovun sözlərinə görə, istintaq qanun pozuntuları ilə aparılıb.

“Məsələn, Hacıyev evdə saxlanılıb, bu zaman o, döyülüb. İş materiallarında isə onun küçədə saxlanıldığı iddia olunur”, deyə Səfərov bildirib.

Vəkil Zabir Qəhrəmanov bildirib ki, Hacıyev məhkəməyə saxlanıldıqdan sonra işgəncələrə məruz qaldığı haqqında bəyanat verib. Onun sözlərinə görə, ekspertiza istintaq təcridxanasına daxil olarkən onun ayağında travma olduğunu təsdiq etsə də, prokurorluq cinayət işi açmaqdan imtina edib.

Hacıyev 2021-ci ilin noyabrında saxlanılıb.

Turan

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az