AXCP üzvü Şüvəlan istintaq təcridxanasında saxlanma şəraitinin pis olmasından şikayət edib

tərəfindən Gozetci

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Aqil Hümbətov Şüvəlan istintaq təcridxanasında saxlanma şəraitindən şikayət edib. Bu barədə, Turan-a onun həyat yoldaşı Aygün Hümbətova bildirib.

Onun sözlərinə görə, ötən həftənin sonlarında o, istintaq təcridxanasında həyat yoldaşına baş çəkib. “Aqilin kamerasında 12 nəfər saxlanılır. Kamerada pəncərə qırıqdır və soyuqdur. Üstəlik, onun döşşəyi yırtılıb, ona başqa döşşək vermirlər və o, gödəkçəsinin üstündə yatır”, deyə həyat yoldaşı bildirib.

Öz növbəsində, Penitensiar Xidmətdən Turan-a bildiriblər ki, saxlanma şəraiti ilə bağlı şikayətlər rəsmi olaraq verilməlidir.

Xatırladaq ki, Hümbətov bu il avqustun 11-də saxlanılıb və CM-in 126.2.4-cü (xuliqanlıq niyyətilə, ümumi təhlükəli üsulla qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham olunub. Xüsusən, o, Zirə qəsəbəsinin sakini Yəmən Məmmədova bıçaq zərbəsi endirməkdə ittiham olunub.

Amma hüquq müdafiəçilərinin qənaətinə görə, Hümbətova qarşı təxribat törədilib, fəalın həbsinin əsl səbəbi isə onun sosial şəbəkələrdə ölkə rəhbərliyini tənqid etməsi olub.

Bir il əvvəl Hümbətov İnternetdə hakimiyyətin ünvanına tənqidi çıxışından sonra ruhi xəstəxanaya yerləşdirilib. Noyabrın 15-də məhkəmə onu 10 il azadlıqdan məhrumetmə cəzasına məhkum edib.

Turan

 

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az