“Gəncə işi”nə görə təqsirləndirilən şəxslərin apellyasiya şikayəti üzrə prosesi başlayıb

tərəfindən Gozetci

Bu gün, noyabrın 26-sı Bakı Apellyasiya Məhkəməsində “Gəncə işi” üzrə təqsirləndirilən Yunis Səfərov və digər 11 nəfərin ilkin məhkəmə prosesi keçirilib.

Məhkəmə iclasında təqsirləndirilən şəxs Yunis Səfərov digər mühakimə olunan şəxslərdən ayrı və əli qandallı olub. Daha sonra təqsirləndirilən şəxsin vəkili Bəxtiyar Hacıyevin etirazından sonra Yunis Səfərovun əlindəki qandal çıxarılıb.

Prosesdə vəkillər birinci instansiya məhkəməsində verilən vəsatətlərin qəbul olunmaması ilə bağlı ümumi vəsatət veriblər. Vəkillər məhkəmə porsesinin qismən istintaqa qayıtmasını istəyiblər. Təqsirləndirilən şəxslərin bəzilərinə aid şahidlər ümumiyyətlə məhkəməyə gəlməyib.

Bütün müdafiəçilər bunu istəsələr də, Gəncə şəhərinin keçmiş İcra başçısı zərərçəkmiş Elmar Vəliyevin vəkili bu qərarla razılaşmayıb. O bildirib ki, birinci instansiya məhkəməsində işə ədalətlə yanaşılıb.

Təqsirləndirilən şəxs Mahir Əzizovun qolu gipsdə məhkəmə gətirilib. Mühakimə olunan şəxsin anası Məhbubə Əzizova bildirib ki, oğlunun qızdırması qalxsa da baxan olmayıb.

“O, buna etiraz edərək əlini divara vurub və qolu əzilib. Oğlum iki aydır ki, əziyyət çəkir. Qolunda hələ də mil var. Bununla belə, qoluna qandal vurub gətiriblər. Biz məhkəmədən ədalət gözləyirik. Ermənilərin məhkəmələrində onlara hörmət ediblər. O hörmətdən biz də istəyirik”.

Növbəti məhkəmə prosesi dekabrın 15-nə təyin olunub.

Turan

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az