Vəkil Saleh Rüstəmovla danışıb

tərəfindən Gozetci

Gədəbəy rayonunun hazırda həbsdə olan keçmiş icra başçısı Saleh Rüstəmovun səhhətinin günlər keçdikcə ağırlaşdığı bildirilir.

Bu barədə, AzadlıqRadiosuna onun ailə üzvləri məlumat verib. Onların sözlərinə görə, bu gün, noyabrın 22-də Penitensiar Xidmətinin Müalicə Müəssisəsində artıq 17-ci gündür aclıq aksiyası keçirən S.Rüstəmova vəkil Bəhruz Bayramov baş çəkib:

“Onlar şüşə arxasından telefonla danışıblar. Saleh bəy son dərəcə halsız olub, qırıq-qırıq səslə, güclə danışıb. Cəmi 10 dəqiqə dayana bilib. Deyib ki, aclığı davam etdirəcək…”.

Bu deyilənlərə, hələlik, Penitensiar Xidmətdən münasibət öyrənmək mümkün olmayıb.

Son günlər bir sıra hüquq müdafiəçiləri, vətəndaş cəmiyyətinin təmsilçiləri S.Rüstəmovun azadlığa buraxılması xahişi ilə Prezident İlham Əliyevə müraciət ediblər. Onlar qeyd ediblər ki, S.Rüstəmovun ölkənin müstəqilliyi və ərazi bütövlüyünün qorunmasında xidmətləri olub. Hələlik, bu müraciətlərə də Prezident Administrasiyasından hər hansı münasibət bildirilməyib.

AzadlıqRadiosu

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az