Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəallarını cərimələdikdən sonra sərbəst buraxıblar

tərəfindən Gozetci

Ötən gün etiraz aksiyası zamanı saxlanılmış Azərbaycan Xalq Cəbhəsi Partiyasının  fəalları bu gün azad ediliblər.

Xatırladaq ki, aksiya iştirakçıları partiyanın fəalı Niyaməddin Əhmədovun azadlığa buraxılmasını tələb ediblər.

Təşkilat üzvləri Fuad Əhmədov, Fərid Nağıbəyli və Rəvan Babayev polis tərəfindən saxlanılıb.

Bu gün Xəzər Rayon Məhkəməsi onların hər birini 70 manat cərimə edib və sərbəst buraxıb.

Aksiya Əhmədovun saxlanıldığı yerdə, Penitensiar Xidmətin Binə qəsəbəsindəki müalicə müəssisəsinin binası qarşısında keçirilib. Aksiya zamanı 14 nəfər, o cümlədən 4 jurnalist saxlanılıb. Polis saxladıqdan sonra belə fəallara güc tətbiq edib.

Saxlanılmış 11 nəfər bir neçə saatdan sonra buraxılıb.

Turan

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az