Polisin öldürdüyü qadının qardaşı: Bacımı iki azyaşlı körpəsinin gözləri önündə güllələyib

tərəfindən Gozetci

Xanım Məmmədova

“Dəfələrlə evdən qaçıb və boşanmaq istədiyini bildirmişdi, biz razı olmamışdıq”

Sentyabrın 30-da həyat yoldaşı tərəfindən güllələnərək öldürülən Xanım Məmmədovanın qardaşı Aqil Əliyev mərhumun bir gün öncə döyüldüyünü deyib.

Aqil Əliyev “Report” açıqlamasında bildirib ki, İsmayıl Məmmədov bacısını qətlə yetirməmişdən bir gün əvvəl dubinka ilə döyüb.

O deyib ki, ailəli olduqları 8 il ərzində Xanım Məmmədova dəfələrlə əri tərəfindən işgəncələrə məruz qalıb: “Bacım Bakıda universitetdə təhsil aldığı zaman İsmayıl Məmmədovla tanış olaraq qurublar. Onların 6 və 4 yaşlarında iki övladı var. Bacım ona verilən işgəncələrə dözməyərək dəfələrlə evdən qaçıb və boşanmaq istədiyini bildirmişdi. Biz razı olmurduq, deyirdik ki, körpə övladların var, bəs onların sonrakı taleyi necə olacaq. Bacım bir neçə dəfə uşaqlarını da götürərək evdən qaçaraq Bakıda yaşayan qardaşımın evinə sığınmışdı. Sonradan İsmayıl Məmmədov qardaşımgilə gedərək üzr istəmişdi və bir daha belə halın təkrarlanmayacağına söz vermişdi. Bundan sonra barışmışdılar”.

İsmayıl Məmmədov

Daxili İşlər Nazirliyi İsmayıl Məmmədovun saxlanıldığını bildirib.

Faktla əlaqədar rayon prokurorluğunda cinayət işi başlanılıb, istintaq aparılır.

Həyat yoldaşı tərəfindən qətlə yetirilən Xanım Məmmədova əslən Qax rayonunun Cəlayir kəndindəndir.

Onun nəşi bu gün Qax rayonuna gətiriləcək və ailəsinin istəyi ilə bir gün evdə saxlanıldıqdan sonra sabah səhər saatlarında Cəlayir kənd qəbiristanlığında dəfn ediləcək.

İsmayıl Məmmədov və Xanım Məmmədova

Meydan TV

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az