Məhkəmə fəalın ölkə prezidentinə qarşı iddiasını qəbul etməyib

tərəfindən Gozetci

Bakının Səbayel Rayon Məhkəməsi ictimai fəal Bəxtiyar Hacıyevin Azərbaycan prezidenti İlham Əliyevə qarşı iddiasına baxmaqdan imtina edib. Bu barədə fəal özü bildirib.

Xatırladaq ki, Hacıyev Facebook hesabının dövlət başçısı İlham Əliyevin rəsmi səhifəsi tərəfindən bloklanmasını və bununla da prezidentin statuslarının altında şərh yazmaq imkanından məhrum olmasını pozuntu sayaraq məhkəməyə müxraciət edib.

Hakim Şahin Abdullayev öz qərarını onunla əsaslandırıb ki, Hacıyev hesab edir ki, dövlət başçısının rəsmi səhifəsi Prezident Administrasiyası tərəfindən  idarə olunur. Belə olan halda prezident cavabdeh sayıla bilməz, hakim bildirib. Belə ki, iddiaçı özü başqa şəxsləri səhifənin administratoru hesab edir.

Hacıyev hakimin arqumentlərini əsassız sayıb və məhkəməyə təkrar müraciət edib. İndi o, cavabdehlər kimi həm prezidentin, həm də Prezident Administrasiyasını cəlb olunmasını xahiş edir.

Hacıyev hesab edir ki, prezidentin səhifəsində onun akkauntunun bloklanması ifadə azadlığına zəmanət verən Konstitusiya və Avropa İnsan Hüquqları Konvensiyasının pozulmasıdır.

Turan

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az