Operativ Qərargah sentyabrın 1-dən kovid əleyhinə tədbirlərin sərtləşdirilməsi barədə

tərəfindən Gozetci

Sentyabrın 1-dən təhsil müəssisələrinə, iri ticarət mərkəzlərinə və ictimai iaşə obyektlərinə kovid-pasportsuz gedən fiziki şəxslər 200 manatdan 400 manatadək cərimə olunacaq. Ölkədə dərslərin başlanması sentyabrın 15-dən planlaşdırılır.

Kovid- pasportların olması vətəndaşlar tərəfindən mobil telefonlara yüklənə və ya kağıza çap edilə bilər, onların olması isə şəxsiyyət vəsiqəsinin nömrəsilə yoxlanıla bilər. Telefona kovid-pasportların yüklənməsi əlavəl hazırlanıb.

Təhsil müəssisələrinin, iaşə obyektlərinin və iri ticarət mərkəzlərinin vəzifəli şəxsləri 4000 manatdan 5000 manatadək cərimə olunacaqlar. Mülki geyimli polis əməkdaşları pasportun olub-olmamasını yoxlayacaqlar. Bütün bunlar avqustun 20-də Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində elan edilib.

Təşkilatların əməkdaşları 80 faiz  peyvənd edilməlidir. Buna görə onların rəhbərləri məsuliyyət daşıyırlar. Bütün bu məhdudiyyətlər “Delta” ştammına yoluxmuş şəxslərin sayının kəskin artması, həmçinin peyvəndlə bağlı saxta sənədlərin verilməsi faktları ilə bağlıdır. Virus nəqliyyatda və kütləvi tədbirlər zamanı sürətlə yayılır. Eyni zamanda metroya və marketə daxil olmaq üçün kovid- pasportların olması tələb olunmur.

18 yaşınadək şəxslərin peyvənd edilməsi hələ nəzərdə tutulmayıb, ancaq həkimlərin tövsiyəsi ilə mümkündür.

Turan

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az