Məhkəmə müxalifətçini şərti olaraq vaxtından əvvəl azadlığa buraxmayıb

tərəfindən Gozetci

İyulun 30-da Xəzər Rayon Məhkəməsi dəfələrlə təxirə salındıqdan  sonra, nəhayət, Xalq Cəbhəsi Partiyasının  üzvü Aqil Məhərrəmlinin müraciəti üzrə qərar çıxarıb. O, cəzasının üçdə iki hissəsini çəkməsilə əlaqədar cəzanın yüngülləşdirilməsini xahiş edib. Fəal məhkəmədən qalan müddətin şərti cəza ilə əvəzlənməsini xahiş edib.

Ancaq məhkəmə Məhərrəmlinin müraciətini təmin etməyib və bunu koloniya administrasiyasından gələn “mənfi xarakteristika” ilə əsaslandırıb.

Müdafiə tərəfi qərarı ədalətsiz hesab edir və apellyasiya vermək niyyətindədir.

Xatırladaq ki, Məhərrəmli 2018-ci ilin mayında “Azərbaycan Xalq Cəbhəsinin qanunsuz maliyyələşdirilməsi” işi üzrə həbs edilib. 4 il həbs cəzası alıb. Mayın sonunda həbsinin üç ili tamam olub. Qanunvericiliyə əsasən o, şərti olaraq vaxtından əvvəl azadlığa buraxılmaq hüququna malikdir.

Turan

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az