Təfəkkür Universitetinin məzunları etiraz aksiyası keçirib

tərəfindən Gozetci

Bu gün, iyulun 29-da lisenziyası ləğv edilmiş Təfəkkür Universitetinin bir qrup  məzunu Təhsil Nazirliyinin qarşısında etiraz ediblər. Etirazçılar təhsil aldıqları müəssisədən artıq iki ildir ki, diplomlarını ala bilmədiklərini bildiriblər.  Onlar universitetdə təhsillərini 2020-ci ildə başa vurublar.

Məzunlar deyiblər ki, illik 1900 manat təhsil haqqı ödəsələr də, diplom ala bilmirlər.

“Təhsil aldıqları universitet onları “Odlar Yurdu Universiteti”nə yönləndirsə də, həmin universitetdə tələbələrə yenidən 4 il təhsil haqqı ödəməklə burada təhsil ala biləcəklərini deyiblər. Məzunlar isə buna etiraz olaraq yenidən 4 il təhsil almağa nə zamanlarının, nə də maddi durumlarının olmadıqlarını bildirirlər.

Etirazçılar nazirlikdən heç bir müsbət cavab almadıqlarını, hər dəfə aldadıldıqlarını deyirlər.

Təhsil Nazirliyi etirazçıları qəbul etməyib, polis isə onları ərazidən uzaqlaşdırıb.

Elm və Təhsil Mərkəzi Təfəkkür Universiteti 2017-ci il oktyabrın 11-də Təhsil Nazirliyinə müraciət edərək, universitetin Təsisçilər Şurasının maliyyə vəziyyətində yaranmış problemlərlə əlaqədar fəaliyyətinin dayandırılması barədə qərar qəbul edildiyini bildirib.

Universitetin 5 illik akkreditasiya müddətinin 2016-cı ildə bitdiyini nəzərə alaraq, Təhsil Nazirliyi “Təfəkkür” Universitetini növbəti akkreditasiyadan keçirməyib və tələbə kontingentinin digər ali təhsil müəssisələrinə yerləşdirilməsini təşkil etmək məqsədilə işçi qrupu yaradıb.

Turan

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az