Ekoaktivistlər nazirlik önündə meşələrin kürüməsinə etiraz edib

tərəfindən Gozetci

İyulun 6-da bir qrup ekoaktivist Ekologiya və Təbii Sərvətlər Nazirliyinin önündə etiraz edib. Etirazçılar buna səbəb kimi isə meşələrin kürüməsini, icarəyə verilməsini göstəriliblər. Şikayətçilər deyir ki, son illər meşə fondu torpaqlarının aqrobağ salınması məqsədi ilə uzunmüddətli (49 ilədək) icarəyə verilərək məhv edilməsindən narahatdırlar.

Ekoaktivistlərin tələbləri nə olub:

  • 1. Haftoni-Girdani meşəsində 43 hektar meşə fondu torpağında çay bağı salınması məqsədi ilə “Beta Tea Azerbaijan” şirkəti ilə bağlanmış müqaviləyə xitam verilməli, meşəyə dəymiş ziyan hesablanmalı və adekvat cəza tədbirləri görülməlidir.
  • 2. Meşə fondu torpaqlarının icarəsi ilə bağlı bütün müqavilələr üzrə kürünmə işləri dayandırılmalıdır
  • 3. Həmin müqavilələrin mətni və xəritələri ictimaiyyətə açıq olmalıdır.
  • 4. İctimai iştirakçılığın təmin edildiyi işçi qrup yaradılmalı və bütün müqavilələrə yenidən baxılmalı, qanunamüvafiq olaraq 5 hektardan böyük ərazilərdə “meşəbərpa məqsədi ilə” verilmiş icarə müqavilələrində Ətraf mühitə təsirin qiymətləndirilməsi işləri aparılmalıdır. Müqavilə şərtlərini pozan və kolluqlar da daxil olmaqla meşə bitkiləri ilə örtülü əraziləri məhv etmiş müqavilələrə xitam verilməli, dəymiş ziyan hesablanmalı və qanuna-müvafiq cəza tədbirləri görülməlidir.
  • 5. Müqaviləsinə xitam verilmiş ərazilərdə meşə bərpa tədbirləri görülməlidir. Yəni yerli meşə cinsli ağaclar əkilməlidir, mer-meyvə, qoz-fındıq yox.

Aktivistlər deyir ki, tələbləri yerinə yetirilənə qədər etirazlara davam edəcəklər.

Azərbaycanda son illər meşə qırğınlarına bir son demək idi. Artıq 10 faiz meşə düzənimiz məhv olub. Bu işlərin arxasında oliqarxlar, məmurlar , sahibkarlar dayanır. Biz təkcə Ekologiya naziri ilə görüşmək istəyirik. Çünki ondan daha aşağı, məsələn,  departament rəislərinin bunu dayandırmağa gücü yoxdur. Ancaq nazir buna müdaxilə edə bilər. O da etmir.

Nazirlik jurnalistlərə açıqlamasında bildirib ki, qırmızı kitaba düşən ağaclar qırılması ilə nazirlik araşdırma aparır və belə bir fakt aşkar edilərsə, məsələyə dərhal müdaxilə ediləcək.

Jurnalistlərin ekoaktivistlərin tələbləri ilə bağlı verdiyi suala isə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə belə cavab verib:

Dövlətlə dövlətçilik etmək olmaz. Dövlətə, dövlət qurumuna tələb qoymaq olmaz. O etirazçıların müvafiq icazə almadan toplaşması kimi tələb sözünün istifadəsi də tamamilə qanuna ziddir.

Meşələrin İnkişafı Xidmətinin rəisi Namik Xıdırov isə bildirib ki, meşələrdə daha səmərəli ağacların əkilməsi nəzərdə tutulur.

mikroskopmedia.com

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az