AAAF Parkın müştəriləri pullarını tələb edirlər

tərəfindən Gozetci

Xırdalan şəhərində yerləşən AAAF Park yaşayış kompleksində mənzil alan vətəndaşlar mayın 2-də şirkət ofisinin önündə etiraz aksiyası keçiriblər. Aksiya iştirakçılarının sözlərinə görə, onlar artıq bir neçə dəfə aksiya keçiriblər. Belə ki, AAAF Park rəhbəri mənzilləri vətəndaşlara satıb, lakin tikintini 7 ildir başa catdırmır. Müxtəlif bəhanələrlə evin təhfil vermə vaxtını uzadır.

Mənzil sahibləri məhkəməyə, Abşeron İcra Hakimiyyətinə, prokurorluğa şikayət edərək  pullarını tələb ediblər. Amma əllərində sənədlərin olmasına baxmayaraq, nə mənzilləri var, nə də pullarını geri qaytarırlar. Dövlər orqanları da sakinlərə rədd cavabı verir.

Yüzlərlə ailə AAAF Park şirkətinin dələduzluğunun qurbanı olub.

AAAF Parkın nümayəndəsinin dediyinə görə, şikayətçilərin iradları nəzərə alınıb, tikintiyə əlavə qüvvələr cəlb olunub və tikinti tempi gücləndirilib.

Bugünki aksiya zamanı şirkət rəhbərləri vətəndaşlara söz veriblər ki, bu ilin sonunadək mənzillər təhvil veriləcək.

Turan

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az