Bir qrup sahibkar etiraz aksiyası keçirib

tərəfindən Gozetci

Bu gün, mayın 25-də Bakının “Təzə bazar” adlanan  ticarət mərkəzinin bir qrup sahibkarı etiraz aksiyası keçirib. Sahibkarlar bir neçə ay əvvəl sökülmüş ticarət mərkəzindəki obyektlərinin bazar qiymətlərinə uyğun dəyərləndirlməmisini iddia edib. Onlar əlavə kompensasiya tələb edir.

“Təzə bazar” artıq 8 aydır ki, fəaliyyət göstərmir. Səbəb yeni sahibkarın bazar ərazisini almasıdır. 700-ə yaxın dükanın olduğu bazar ərazisinə 35 dükan sahibini yeni mülkiyyətçi kimi oraya buraxmır. Özəl şirkət bazarın darvazalarını bağlayıb.

“Burada bizim özəl mağazalarımız qalıb. Əlimizdə qanuni sənədlərimiz olsa da, mağazalarımızı boşaldıblar və qapısını bağlayıblar. Hamı ailə dolandırır. Bizim yeganə qazanc yerimiz idi. Bura mənim şəxsi əmlakımdı, amma heç bir xəbərdarlıq etmədən, kompensasiya vermədən bağlayıblar,” sahibkar Fikrət Babayev qeyd edib.

Sahibkarlar bildirir ki, hökumət qurumlarına müraciət etsələr də, xeyri olmayıb, müsbət cavab almayıblar.

Etiraz edən sahibkarlar bazarda 700-ə yaxın dükanda azı 1500 işçi çalışdığını deyir.

Xatırladaq ki, “Təzə bazar” özəl şirkətə məxsus olduğundan orada icarəyə yer götürərək ticarətlə məşğul olan sahibkarlar şirkət tərəfindən 3 yerə köçürülüblər.

Sahibkarların bir qismi keçmiş “Qarabağ” mehmanxanasının yerində tikilmiş “EuroHome”, bir qismi “Təzə bazar”la üzbəüz “AF Center”ə, bir qrupu isə “AfkomPlaza” ticarət mərkəzlərində fəaliyyət göstərir.

Turan

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az