Tələbə fəallar sərbəst buraxılıb

tərəfindən Gozetci

Mayın 3-də Azərbaycan İqtisad Universitetinin qarşısında aksiya keçirməyə cəhd edərkən saxlanılan “Tələbə Güc Mərkəzi” və “Tələbə Tələbi” Təşkilatlarının üzvləri sərbəst buraxılıb.

Bu barədə Turana fəallar özləri məlumat verdi.

Onların sözlərinə görə, “Tələbə Güc Mərkəzi”-nin İdarə Heyətinin üzvü Əhməd Məmmədli saxlanılarkən fiziki və mənəvi təzyiqə məruz qalıb. “Bizi Bakı Şəhər Baş Polis İdarəsinə aparıblar. Yolda Əhməd Məmmədli təzyiqə məruz qalıb. İdarədə bizə təzyiq olmayıb, izahat alıb sərbəst buraxdılar”.

Fəallar əlavə edib ki, idarədə 3 saat ərzində saxlanıldılar.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.

Turan

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az