Gələn aydan Azərbaycanda yeni vaksin tətbiq ediləcək

tərəfindən Gozetci

Mayın 3-dən Azərbaycanda “AstraZeneka”nın peyvəndinin tətbiqinə başlanılır. Bu barədə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin birgə məlumatında bildirilir.

Məlumata görə, 60 yaş və daha yuxarı şəxslərin COVID-19 xəstəliyinə qarşı peyvəndlənməsi zamanı İngiltərənin Oxford universitetinin istehsalı olan “Vakszevria” vaksini (İstehsalçı şirkət “AstraZeneka“) Bakı şəhəri və 6 regionda – Lənkəran, Şəki, Gəncə, Mingəçevir, Abşeron və Sumqayıtda tətbiq olunacaq.

Bu peyvəndin tətbiqi üçün tibb müəssisələrində xüsusi otaqlar ayrılacaq.

“KOVAKS” platforması çərçivəsində ölkəyə gətirilən 84 000 doza “Vakszevria” peyvəndi insanlar arasında seçim imkanlarını artırır və vətəndaşların müxtəlif peyvəndlərə əlçatanlığını təmin edir.

Qeyd edək ki, “AstraZeneka” İngilis-İsveç şirkəti tərəfindən hazırlanan “Vakszevria” vaksinini Ümumdünya Səhiyyə Təşkilatı təsdiq edib.

Turan

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az