Hüseyn Abdullayev müalicə müəssisəsinə yerləşdirilib

tərəfindən Gozetci

Həbsdə olan keçmiş deputat Hüseyn Abdullayev müalicə müəssisəsinə yerləşdirilib.

Bu barədə onun vəkili Cavad Cavadov bildirib.

Aprelin 23-də, vəkili Cavad Cavadov məhbus Hüseyn Abdullayevin səhhətinin kəskin ağırlaşması ilə bağlı məlumat yaymışdı. Daha sonra isə o, müdafiə etdiyi şəxsin müalicə müəssisəsinə köçürülməsi ilə bağlı növbəti açıqlama yayıb.

Vəkilin dediyinə görə, H.Abdullayev aprelin 12-də başladığı aclıq aksiyasını aprelin 17-də dayandırıb. Vəkilin vurğulamasına görə, onun səhhətinin kəskin pisləşməsinin səbəbi də elə bu aksiya olub.

C.Cavadovun sözlərinə görə, Hüseyn Abdullayevin dərhal azadlıga buraxılmasını istəyirlər.

Vəkilin bu açıqlamasına, hələlik, Penitensiar Xidmət və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Hüseyn Abdullayev 2018-ci ilin aprelində Türkiyədə saxlanılaraq Azərbaycana gətirilib. İttihamda yazılıb ki, onun barəsində müxtəlif adamların şikayətləri əsasında cinayət işi başlanıb. H.Abdullayevə qarşı dələduzluq, vergidən yayınma və başqa ittihamlar irəli sürülüb. O, ittihamları rədd edir və onların qondarma olduğunu deyir.Bakı Hərbi Məhkəməsinin hökmü ilə ona 6 il həbs cəzası kəsilib.

Hələ, 2007-ci il martın 16-da hökumətin Milli Məclisdə hesabatı zamanı o zaman deputat olan H. Abdullayevlə Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı arasında qarşıdurma baş vermiş, hər iki deputat əlbəyaxa olmuşdu.Bu olaydan sonra H. Abdullayevin deputat mandatı əlindən alınmış və ardınca o, həbs olunmuşdu. Ancaq elə həmin il məhkəmə qərarı ilə 2 il şərti cəza alan keçmiş deputat azadlığa çıxmışdı.

O, 2010-cu il parlament seçkilərinə qatılsa da, namizədliyi qeydə alınmamışdı. Bundan sonra Almaniyaya gedən keçmiş deputat sığınacaq aldığını açıqlamışdı.

Həm də musiqi bəstələyən H. Abdullayevin 2013-cü ildə “Susma” adlı marşı sosial şəbəkələrdə geniş yayılandan sonra ona və ailəsinə təzyiqlərin olduğu iddia edilmişdi. Azərbaycan rəsmiləri isə insanlara düşüncə və tənqidlərinə görə, basqıların olması ilə bağlı deyilənləri qəbul etmirlər.

AzadlıqRadiosu

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az