Aprelin 21-də Səbail rayon hakimi Ağamalı Qafarovun sədrliyilə Apellyasiya Məhkəməsinin binasında 2020-ci il iyulun 14-15-də orduya dəstək nümayişində iştiraka görə həbs edilmiş bir qrup fəalın işi üzrə proses davam edib.
Müttəhimlərin arasında Xalq Cəbhəsi Partiyasının dörd üzvü, Müsəlman Birliyi Hərəkatının iki üzvü və daha altı nəfər var.
Bugünkü iclas zamanı beş şahid və iki zərərçəkmişin ifadələri dinlənilib.
Müdafiə tərəfinin bildirdiyinə görə, bəzi şahidlərin ifadələri qanun pozuntusu ilə alınıb (onları polis bölməyəndə saxlayarkən). Onlar vəsatət qaldırıblar ki, bu ifadələr nəzərə alınmasın. Ancaq məhkəmə müdafiə tərəfinin xahişini qəbul etməyib.
Bu barədə jurnalistlərə AXCP sədrinin müavini və müttəhimlərdən biri Fuad Qəhrəmanlı bildirib.
Növbəti məhkəmə iclası aprelin 28-də olacaq.
Xatırladaq ki, müttəhimlər ictimai asayişi pozmaqda, əmlaka ziyan vurmaqda və hakimiyyət nümayəndələrinə qarşı zorakılıqda ittiham olunurlar.
Bu iş üzrə 37 təqsirləndirilən şəxs və 22 zərərçəkən var. Ötən ilin noyabrında bütün şübhəlilər polis nəzarəti altına buraxılıblar.
* İyulun 14-də axşam Bakıda Qarabağın azadlığı uğrunda müharibə tələbilə çoxminlik kortəbii nümayiş başlayıb. Yürüş bütün gecə davam edib və 15 iyul səhər erkən başa çatıb. Nümayişçilərin bir hissəsi parlamentin binasına daxil olub və binaya ziyan vurub.
Turan