Müsavat Partiyası fəalının və onun qohumunun həbs edildiyini bildirir

tərəfindən Gozetci

Bu gün, aprelin 5-də Bakının Suraxanı Rayon Məhkəməsi hakim Elnur Nuriyevin sədrliyi ilə Müsavat Partiyası Suraxanı rayon təşkilatının fəalı Nizaməli Süleymanovu 20 sutka inzibati həbsə məhkum edib. Fəal psixotrop maddədən istifadə etməkdə ittiham olunub və İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib.

Nizami Süleymanovun qardaşı oğlu Akif Süleymanov da eyni ittihamla 20 sutka inzibati həbs cəzası alıb.

Nizaməli Süleymanov məhkəmə qərarının onun siyasi fəaliyyəti ilə bağlı olduğunu deyib.

“Müxtəlif üsullarla məni təhdid edib, Müsavat Partiyasından çıxmağımı istəyirlər. Çıxmadığım üçün cəzalandırırlar,” o qeyd edib.

Məlumatı Müsavat Partiyası yayıb.

Rəsmi qurumlar bu məlumata hələ münasibət bildirməyib. Bununla yanaşı, rəsmi Bakı bir qayda olaraq insanların əqidəsinə görə təqib edilmədiyini bəyan edir.

Amerikanın Səsi

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az