İkinci Qarabağ qazisi: “Əməliyyatdan sonra əmək qabiliyyətimi tamamilə itirəcəm”

tərəfindən Gozetci

“Başımda altı, çiynimdə isə dörd qəlpə var”

“Gözətçi” xəbər verir ki, Göyçay sakini, 1995-ci il təvəllüdlü Mehman Əsgərov könüllü olaraq İkinci Qarabağ müharibəsində iştirak edib. O, Ağdam istiqamətlərində gedən döyüşlərdə artilleriya atəşindən ağır yaralanıb.

Mehman Əsgərov baş və çiyin nahiyyəsindən zədə alıb. Aldığı zədədən gözləri zəifləyib, bir dəfə də əməliyyat olunub.

“Hazırda başımda altı, çiynimdə isə dörd qəlpə var, təkrar əməliyyat olunmalıyam. Əməliyyatımla bağlı YAŞAT fondunda müraciət etdik, kömək edəcəklərini söylədilər. Ancaq elə oldu ki, həkim ikinci əməliyyatım üçün məndən heç bir maddi vəsait istəmədi. Ona görə də, biz də YAŞAT fonduna müraciətimizi maddi köməklik edilməsinə görə dəyişdik. Bunun üçün də yardım edəcəklərini söylədilər, hələki gözləyirik”, deyə Mehman Əsgərov “Gözətçi”yə bildirib.

Mehman Əsgərov heç kimi onunla maraqlanmadığın, hətta, xəstə halda Göyçay rayon İcra Hakimiyyətinə getdiyini, ancaq icra başçısı onu qəbul etmədiyini söyləyir:

“İcra başçısı bir dəfə də olsun soruşmayıb ki, sən neynirsən? Nə olub sənə, harda olub? Mən elə bir əsgər olmamışam ki, gəlib mənimlə maraqlanmasın. Mənim bütün hərbi hissə komandirim də bilir, artilleriya rəisim də bilir. Mən özüm də artilleriya üzrə vuruşmuşam. Hamı bilir mən necə insan, necə əsgər olmuşam. Medallarım da var “Cəsur döyüşçü”, “Ağdam uğurunda igidliyə” görə…”

Mehman Əsgərovun sözlərinə görə ikinci əməliyyatdan sonra əmək qabiliyyətini tamamilə itirəcək:

“Ailədə beş nəfərik, həmişə mən işləyib onlara baxmışam. İndi isə heç kim işləmir.  Şəhərin mərkəzində təxminən 15 kv metr boş yer görmüşəm. Həmin ərazidə qeyri-yaşayış obyektinin tikintisinə başlamağım üçün mənə həmin yerdən 15 kv-m maqazin tikintisi üçün yer satılmasını və ya ayrılmasını xahiş etdim. İstəyirdim ki, oranı icarəyə verim ki, atamın aylıq gəliri olsun, mən özüm də pensiya ilə dolanım”.

Ancaq İcra Hakiminyyətindən Mehman Əsgərova həmin ərazinin Fövqaladəyə, daha sonra isə Göyçay rayon İcra Hakimiyyəti Başçısı aparatının memarlıq və tikinti şöbəsinə aid olduğunu bildiriblər:

“Memarlıq və Tikinti şöbəsi də dedi ki, icra nümayəndəsi sizə səhv məlumat verib, ərazi bir veterana verilib. Dəqiq olması üçün sənədlərin göstərilməsini xahiş etdim, razılaşdılar. Ancaq hələki bir xəbər yoxdur”, deyə Mehman Əsgərov bildirib.

Qeyd edək ki, hazırda Mehman Əsgərov pensiya almır. Onun sözlərinə görə, sənədləri qospitaldadır, Pensiya Fondu da gəlib maraqlanıb, pensiya alması ilə bağlı sənədlər hazırlanır.

Məsələ ilə bağlı Göyçay rayon İcra Hakimiyyətinə sorğu göndərilib.

 

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az