Sarıqaya kənd sakini: “Baytar həkimlərinin şəriştəsizliyi ucbatından heyvanım tələf oldu”

tərəfindən Gozetci

Samux rayon, Sarıqaya kənd sakini Əlvanə Allahverdiyeva “Gözətçi”yə göndərdiyi şikayətində baytar həkimlərinin şəriştəsizliyi ucbatından iribuynuzlu heyvanının tələf olduğu bildirib.

“2020-ci ilin oktyabr ayında heyvan xəstələnmişdi. Samux rayon Baytarlıq İdarəsinin Çobanabdallı sahə baytarlıq məntəqəsinə müraciət etdim. İdarənin sahə həkimi Natiq Hüseynov və Elnur Musayev ayrı – ayrı vaxtlarda heyvana baxıb, dərman almağı məsləhət gördülər. Dərmanları heyvana vuran günü tələf oldu”.

Zərərçəkmiş məsələ ilə bağlı adıçəkilən idarəyə şikayət edib. İdarə rəhbərliyi onun heç bir yerə şikayət etməməsini və ona kömək edəcəklərini bildiriblər. Ancaq bir müddətdən sonra Əlvanə Allahverdiyeva aldadıldığını anlayıb:

“8 dekabr 2020-ci ildə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə şikayət ərizəsi yazıb göndərdim. Dekabrın 28-də Qida Təhlükəsizliyi Agentliyindən cavab məktubu gəldi ki, ölmüş heyvanlar üzrə dəymiş ziyanın ödənilməsi onların səlahiyyətlərinə aid deyil. 11 yanvar 2021-ci ildə isə Kənd Təsərrüfatı Nazirliyindən cavab məktubu gəldi. Onlar da cavab yazdılar ki, mən hər hansı bir idarədən şikayət yazmamışam, sadəcə köməklik istəmişəm”.

Qeyd edək ki, Əlvanə Allahverdiyevanın üç azyaşlı övladı var və ailə pensiya ilə dolanır.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

 

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az