Jurnalistləri Müdafiə Komitəsi bloger Məhəmməd Mirzəliyə hücumu araşdırmağa çağırıb

tərəfindən Gozetci

Nyu Yorkda yerləşən Jurnalistləri Müdafiə Komitəsi rəsmi Bakını martın 14-də Azərbaycanlı mühacir, bloger Məhəmməd Mirzəliyə edilmiş hücumu araşdırmağa çağırıb.

Xatırladaq ki, bloger bir qrup şəxsin hücumuna məruz qalıb, onlar Mirzəliyə çoxsaylı bıçaq xəsarətləri yetiriblər və dilini kəsməklə hədələyiblər.

Fransa hakimiyyəti Azərbaycanlı siyasi mühacir və blogerə qarşı hücumu araşdırmalı, təqsirkarları tapmalı və məhkəməyə verməlidir, deyə Jurnalistləri Müdafiə Komitəsinin bəyanatında bildirilir.

Komitə xatırladır ki, Mirzəliyə qarşı əvvəllər də sui-qəsdlər olub, onu hədələyir, Azərbaycan rəhbərliyinin tənqidinə son qoymağı tələb edirdilər. Nəhayət, bu ay onu bacısının intim videosu ilə şantaj ediblər, Mirzəli “ağıllanmasa” bu videonu yaymaqla hədələyiblər. 2018-ci ildə polis onun atasını və bacısının ərini saxlayıb, onlardan Mirzəlini hakimiyyətin tənqidinə son qoymağa məcbur etməyi tələb edib.

Turan

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az