Polad Aslanov həbsxanada aclığı dayandırıb

tərəfindən Gozetci

Xeberman.com saytının rəhbəri Polad Aslanov 1 saylı cəzaçəkmə müəssisəsində aclıq aksiyasını dayandırıb. Bu barədə Turan-a jurnalistin həyat yoldaşı Gülmira Aslanova bildirib.

“Polad bu gün zəng vurub anasına aclıq aksiyasını dayandırdığı barədə məlumat verib. Mən 5 dəqiqə danışıq istədim, mənə nə danışıq, nə də görüş verdilər”, deyə Aslanova qeyd edib.

Onun sözlərinə görə, Ombudsman aparatı ilə əlaqə saxlayıb və onlar da aclıq aksiyasının dayandırılmasını təsdiq ediblər.

*2019-cu il noyabrın 16-da xeberman.com saytının təsisçisi Polad Aslanov məhkəmə tərəfindən İranın xeyrinə casusluqda təqsirli bilinərək 16 il müddətinə azadlıqdan məhrum edilib. O, 12 iyun 2019-cu ildə həbs edilib və Cinayət Məcəlləsinin 274-cü maddəsi (dövlətə xəyanət) ilə ittiham olunub. İstintaq iddia edir ki, Aslanov jurnalist həmkarlarını İran xüsusi xidmət orqanları ilə əməkdaşlığa cəlb edib.

Beynəlxalq təşkilatlar Aslanovun həbsini pisləyiblər və onu azad etməyə çağırıblar.

2021-ci il fevralın 1-də Polad Aslanovun apellyasiya şikayətinə baxılmasına başlanıb. İclasda o, prosesin obyektivliyinin təmin edilməsini tələb edərək, aclıq elan edib.

Turan

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az