Azərbaycanda vaksinasiya başlayıb

tərəfindən Gozetci

Yanvarın 18-də Azərbaycanda COVID-19-a qarşı vaksinasiya prosesinə səhiyyə işçilərinin peyvəndlənməsi ilə start verilib.

AZƏRTAC-ın xəbərinə görə, Bakı Sağlamlıq Mərkəzində başlayan vaksinasiya zamanı səhiyyə naziri Oqtay Şirəliyev, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin İdarə Heyətinin sədri Ramin Bayramlı və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev də peyvənd olunublar.

Azərbaycanda Çin istehsalı olan “CoronaVAC” vaksini ilə peyvəndlənmə həyata keçirilir.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, bu prosesdə birinci mərhələ fevralın 1-də başa çatmalıdır.

Peyvəndlər birinci mərhələdə risk qrupuna aid şəxslərə vurulmalıdır. Söhbət səhiyyə işçilərindən, 65 yaşdan yuxarı şəxslərdən və hüquq-mühafizə orqanları tərəfindən əks-epidemik tədbirlərə cəlb olunan heyətdən gedir.

İkinci mərhələdə isə tibbi cəhətdən yüksək risk qrupunda olanlara (tənəffüs sistemi, hemodializ, şəkərli diabet, piylənmə kimi xroniki xəstəlikləri olanlar), ən az bir xroniki xəstəliyi olan 50 yaş, daha yuxarı şəxslərə, təhsil, sosial sektor, ASAN Xidmət, DOST mərkəzlərində və ictimai xidmətdə çalışanlara üstünlük tanınmalıdır.

Rəsmi açıqlamaya görə, Azərbaycan əvvəlcə “Sinovac” şirkətindən (Çin) 2 milyon doza “CoronaVac” vaksini alacaq. Bu prosesin mərhələlərlə həyata keçirildiyi qeyd edilib. Ümumilikdə “Sinovac” şirkətinə 4 milyon doza vaksin sifariş edildiyi açıqlanıb. Bu, 2 milyon əhaliyə kifayət etməlidir. Ümumilikdə əhalinin 40 faizinin (4 milyon) bu prosesə cəlb ediləcəyinin gözləndiyi vurğulanıb.

Azadlıq Radiosu

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az