Müharibədə mülki əhaliyə dəyən zərər qarşılanacaq

tərəfindən Gozetci

“Savaşdan ziyan görmüş hər ailə üzvünə 1500 manat təzminat ödəniləcək”

Prezident İlham Əliyev müharibə vaxtı mülki əhaliyə dəymiş ziyanın ödənilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən:

– Dağıdılmış və ya qəzalı vəziyyətə düşmüş yaşayış evləri üzrə məişət əşyalarına dəymiş ziyanla bağlı hər bir ailəyə 6000 manat, şəxsi əşyalara dəymiş ziyanla bağlı hər bir ailə üzvünə 1500 manat;

– Digər ziyan dəymiş yaşayış evləri üzrə hər bir ailəyə 1000 manat məbləğində maddi yardım ödəniləcək.

Zərər nə qədərdir?

Sentyabrın 27-də Azərbaycan və Ermənistan təmas xəttində döyüşlər başlayıb.

Azərbaycan tərəf müharibədən sonra açıqlama verərək bildirib ki, 44 günlük əməliyyat zamanı ölkənin 100-ə yaxın dinc sakini ölüb, 400-dək adam yaralanıb. Müharibə dövründə 40 mindən çox insan köçkün düşüb.

Baş Prokurorluğun isə mülki əhaliyə dəyən zərərlə bağlı açıqlamasında deyilir ki, müharibə zamanı Azərbaycan tərəfində 4186 ev yararsız hala düşüb.

Qurum habelə 135 çoxmənzilli yaşayış evinin, 548 mülki obyektin yarsız vəziyyətə düşdüyünü açıqlayıb.

Xatırlatma

Sentyabrın 27-də Qarabağ və ətraf bölgələrdə hərbi əməliyyatlar başlayıb.

44 gün sürən əməliyyat nəticəsində (noyabrın 9-dək) Azərbaycan tərəfi 280 civarında kəndi, dörd qəsəbəni (Hadrut, Mincivan, Ağbənd, Bartaz), Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad etdiyini açıqlayıb.

əməliyyatlar noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya dövlət başçılarının adından atəşkəs bəyanatının yayılm

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az