Avropa Məhkəməsinin Səid Dadaşbəylinin şikayəti ilə bağlı qərarı

tərəfindən Gozetci

Avropa İnsan Hüquqları Məhkəməsi dekabrın 3-də dövlət çevrilişinə cəhd, dövlətə xəyanət kimi ittihamlala 13 il 6 ay həbsdə saxlanan Səid Dadaşbəylinin şikayəti üzrə qərarını açıqlayıb.

Vəkil Fariz Namazlının verdiyi məlumata görə, Avropa Məhkəməsi  Konvensiyanın 6.1-ci (Ədalətli məhkəmə araşdırması hüququ) maddəsinin pozuntusunu tanıyıb və Səid Dadaşbəyliyə mənəvi zərərə görə 3600 avro kompensasiya təyin edilib.

O, bu il iyulun 15-də azadlığa çıxıb. Azadlığa çıxandan sonra Dadaşbəyli heç bir zaman özünü günahkar bilmədiyini, bəraət almağa çalışacağını deyib.

Xatırladaq ki, 2007-ci il dekabrın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsi Səid Dadaşbəyli və onunla birgə tutulan 10-a qədər şəxsə hökm oxuyub. Səid Dadaşbəyli 14 il, Rəşad Əliyev 14 il, Ceyhun Əliyev 14 il, Fərid Ağayev 13 il, Samir Qocayev 13 il, Bəybala Quliyev 13 il, Cahangir Kərimov 13 il, Rasim Kərimov 13 il, Emil Möhbalıyev 12 il, Mikayıl İdrisov isə 12 il azadlıqdan məhrum edilib.

Turan

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az