Avropa İttifaqı Qarabağda hərbi əməliyyatların dayandırılmasından məmnundur

tərəfindən Gozetci

Aİ Azərbaycan və Ermənistan arasında razılaşma əldə edildikdən sonra Dağlıq Qarabağ münaqişəsi zonasında hərbi əməliyyatların dayandırılmasından məmnunluğunu ifadə edib, Anadolu agentliyi bildirir. Bu barədə Avropa Komissiyasının mətbuat katibi Peter Stanon gündəlik brifinqdə bildirib.

O bildirib ki, Brüssel atəşkəs razılaşmasının həyata keçirilməsini müşahidə edir və hərbi əməliyyatların dayandırılmasından məmnundur.

Stano xatırladıb ki, Aİ dəfələrlə münaqişə tərəflərini hərbi əməliyyatların dayandırılmasına çağırıb, indiyədək çoxlu sayda insanın həlak olmasından təəssüfləndiyini bildirib. “İndiki mərhələdə biz atəşkəsə dair razılaşmanın nəticələrini daha yaxşı anlamaq üçün detalları öyrənirik”, – Avropa Komissiyasının nümayəndəsi deyib.

Turan

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az