ADR Hərəkatının fəalı həbs edilib

tərəfindən Gozetci

[:az]Sentyabrın 11-də Bakının Sabail rayon Məhkəməsi ADR Hərəkatının İdarə Heyətinin üzvü Hüseyn Məliki İnzibati Xətalar Məcəlləsinin 535.1 maddəsi (polisin qanuni tələbinə tabe olmamaq) ilə günahlı bilərək 15 sutka inzibati həbsə məhkum edib.

Bu barədə ADR Hərəkatından Amerikanın Səsinə deyiblər.

Hərəkat bildirir ki, Hüseyn Məlik sentyabrın 10-da axşam saatlarında yaşadığı mənzildən polislər tərəfindən heç bir səbəb göstərilmədən Səbail rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinə aparılıb.

“Hüseyn Məlik facebook-da tənqidi statuslarına görə saxlanılıb. ADR Hərəkatı onun həbsini pisləyir və siyasi sigfariş hesab edir,” ADR Həraəkatının nümayəndəsi Amerikanın Səsinə deyib.[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az