Vəkil: Halı yox idi, rəngi solmuş və əvvəlki tək yerimirdi

tərəfindən Gozetci

[:az]Sentyabrın 7-də vəkil Aqil Layıc 1 saylı Bakı İstintaq Təcridxanasında hüquqlarını müdafiə etdiyi müxalif siyasətçi Tofiq Yaqublu ilə görüşüb.

Vəkil bildirib ki, Yaqublu altıncı gündür aclığı davam etdirir.

“Görüşə çox gec gəldi. Halı yox idi, rəngi solmuş və əvvəlki tək yerimirdi, gözləri çuxura düşmüşdü. Dedi ki, çəkisi 91 kiloqramdan 82 kiloqrama düşüb. Aclığının 6-cı günüdür. Deyir ki, müəssisə rəisinin müavini Rasim Əsgərov və psixoloq yanına gəlibmiş və nəsə psixoloji durumuna görə akt tərtib etmək istəyiblər. İddia ediblər ki, sanki o, açlığı psixoloji vəziyyətinə görə edir. Amma psixoloji halı çox normal olduğunu qeyd edib, aclığı ədalətsizliyə qarşı etdiyini bildirib, psixoloji durumuna görə deyil,” vəkil qeyd edib.

Tofiq Yaqublunun səhhəti ilə bağlı Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən şərh almaq mümkün olmayıb.

Sentyabrın 3-də Bakının Nizami Rayon Məhkəməsi hakim Nəriman Mehdiyevin sədrliyi ilə Milli Şuranın və Müsavat Partiyasının üzvü, prezident İlham Əliyevin sərt tənqidçilərindən olan Tofiq Yaqublunun 4 il 3 ay həbsə məhkum edilməsi barədə hökm çıxarıb.

Bu il martın 22-də Tofiq Yaqublunun park edilmiş avtomobilini başqa avtomobil vurub. Sükan arxasında olan Elxan Cəbrayılov Yaqublu ilə münaqişə edərək, onu ittiham edib.

Nizami rayon polisi cinayət işi qaldırıb, ancaq istintaq zamanı Tofiq Yaqublunun telefonundan onun təqsirsizliyinə dair bütün video-sübutlar silinib. Polis bunun nə üçün edildiyini açıqlamayıb.

Məhkəmə həmçinin, videomaterialların bərpası və məhkəmədə istifadə edilməsi barədə vəsatətləri təmin etməyib.

Sentyabrın 2-də Tofiq Yaqublu son sözündə məhkəmə və hakimiyyəti ittihamı saxtalaşdırmaqda və siyasi sifarişdə ittiham edib. O, etiraz olaraq aclığa başlayıb.

Yaqublu ilk dəfə 2013-cü ildə İsmayıllıda iğtişaşların təşkilində ittiham olunaraq həbs edilib. 2019-cü ilin oktyabrında icazəsiz aksiyada iştirakına görə inzibati qaydada həbsə məhkum edilib.

Amerikanın Səsi[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az