190 manat birdəfəlik ödəmədən məhrum olan vətəndaşlar

tərəfindən Gozetci

[:az]Gözətçi portalına müxtəlif bölgələrdə birdəfəlik ödəmədən məhrum olan vətəndaşların şikayətləri daxil olub.

Azərbaycanın müxtəlif bölgələrindən həftə ərzində Gözətçi İnsan Hüquqları portalına 190 manat birdəfəlik ödəmədən məhrum olunma ilə bağlı növbəti şikayətlər daxil olub. Vətəndaşlar əsassız səbəbdən birdəfəlik ödəmədən imtina cavabı aldıqlarını, məsələ ilə bağlı aidiyyatı qurumlara müraciət etsələrdə şikayətləri ilə bağlı hər hansısa addımın atılmadığını bildirirlər.

Göyçay sakini Lalə Əzizova deyir ki, yoldaşı və özü heç bir yerdə işləmir. Onlar Məğulluq Mərkəzində işsiz kimi qeydiyyatdan keçsələr də aztəminatlılıq meyarına uyğun gəlmədikləri əsas gətirilərək 190 manat birdəfəlik ödəmədən məhrum qalıblar. L.Əzizovanın sözlərinə görə  dəfələrlə Əmək və Əhalinin Sosial  Müdafiəsi Nazirliyinin 142 “Qaynar Xətt”inə zəng etsədə ona cavab verən olmayıb.

Beyləqan şəhər sakini Alim İbişov isə bildirir ki, karantindən əvvəl Beyləqan-Bakı avtomobil yolu üzrə taksi sürücüsü işləyib. Karantin müddətində isə fəaliyyətinə icazə verilməyib. Vətəndaş, işsiz kimi qeydiyyatdan keçsədə 190 manat birdəfəlik ödəmədən əsassız yerə imtina cavabı aldığını deyir.

Beyləqan rayon Nizami küçəsində yaşayan sakin Ramiz Əliyev də eyni problemlə üzləşdiyini qeyd edir. O, Beyləqan Məşğulluq Mərkəzində işsiz kimi qeydiyyatda olduğunu lakin 190 manat birdəfəlik ödəmə ilə bağlı hər hansısa cavab sms-i ala bilmədiyini deyir. Vətəndaş, Beyləqan Məşğulluq Mərkəzinə və şəhər İcra Hakimiyyətinə dəfələrlə müraciət etdiyini lakin problemi ilə bağlı tədbir görülmədiyini bildirir.

Gəncə sakini Məlahət Abbasova da deyir ki, karantin müddətinə heç bir yerdə işləməyib. O, Məğulluq Mərkəzində işsiz kimi qeydiyyatdan keçdiyini lakin 190 manat birdəfəlik ödəmədən heç bir səbəb göstərilmdən məhrum olduğunu bildirir.

Kürdəmir sakinləri Ülfət Rzayev, Şəhanə Rzayeva, Sübhan Hüseynov, Razi Nəcəfov, Şəmsi Hüseynov, Ayaz Mahmudov da Kürdəmir Rayon Məşğulluq Mərkəzində işsiz kimi qeydiyyatdan keçdiklərini lakin əsassız səbəblərdən 190 manat birdəfəlik ödəmədən məhrum olduqlarını bildirirlər. Vətəndaşlar deyir ki, Kürdəmir rayon Məşğulluq Mərkəzinə müraciət etsələr də şikayətləri ilə bağlı hələ də hər hansısa addım atılmayıb.

Qeyd edək ki, 190 manat birdəfəlik ödəmə ilə bağlı ötən həftə ərzində Gözətçi İnsan Hüquqları portalına 20-ə yaxın şikayət daxil olub. Şikayətçilər eyni səbəblər göstərilməklə birdəfəlik ödəmədən məhrum olduqlarını bildiriblər.[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az