AXCP üzvü Elnur Yusubov barəsində 30 sutka inzibati həbs qərarı seçilib

tərəfindən Gozetci

[:az]AXCP Təşkilat Şöbəsinin üzvü  Elnur Yusubov barəsində İnzibati Xətalar məcəlləsinin 211.1-ci maddəsi ilə 30 sutka  inzibati həbs qərarı seçilib. Bu barədə AXCP üzvü, jurnalist Təzəxan Mirələmli özünün Facebook hesabında məlumat paylaşıb. Qərar Xətai Rayon Məhkəməsinin hakimi İbrahim İbrahimli tərəfindən qəbul edilib.

Qeyd edək ki, Elnur Yusubov 26.07.2020-ci il tarixində üç nəfər mülki geyimli şəxs tərəfindən şəxsi avtomobilindən zorla düşürdülüb və naməlum istiqamətə aparılıb. Yalnız dünən onun Xətai RPİ-nin 37-ci Polis Şöbəsində olduğu bilinib. O, həmçinin Baş Prokurorluğun İstintaq İdarəsində dindirilib.

Xatırladaq ki, Qarabağa dəstək yürüşündən sonra AXCP-nin 30-dan çox üzvü polislər tərəfindən saxlanılıb. 13 nəfər partiya fəalı cinayət məsulliyətinə cəlb edilib və  barəsində həbs qətimkan tədbiri seçilib. 10 nəfər  isə  inzibati qaydada həbs olunub.[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az