M.İbrahimovun səhhətində problemlər yarandığı bildirilir

tərəfindən Gozetci

[:az]AXCP Rəyasət Heyyətinin üzvü Məmməd İbrahimin oğlu Mehdi İbrahimovun səhhəti ilə bağlı vəziyyətində problemlər yarandığı bildirilir. Bu barədə qardaşı Turan İbrahim özünün Facebook hesabında məlumat paylaşıb.  O bildirib ki, M.İbrahimov saxlanıldığı gündən ailəsi ilə də əlaqə saxlamayıb:

“Tubzondan aldığım xəbərə görə qardaşım Mehdi İbrahimovun vəziyyəti pisdir. Özünü yaxşı hiss etmir. Bugün online keçirilən məhkəməyə də  online olaraq da qatılmayıb”

Qeyd edək ki, Mehdi İbrahimov Qarabağa dəstək yürüşündə iştirak etdiyinə görə saxlanılıb və barəsində Xətai Rayon Məhkəməsinin qərarı ilə 3 aylıq həbs qətimkan tədbiri seçilib. M.İbrahimov heç bir partiyanın üzvü deyil və siyasətlə məşğul olmur. O, futbol məşqçisidir.[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az