[:en]
STATEMENT
Of the civil society activists and human rights defenders
On the detention of people during and after the 14-15 July rally
We deeply regret the loss of 12 personnel members and one civilian and violation of the state border as a result of the skirmishes outbroke in the Azerbaijan-Armenia state border, near Tovuz district since 12 July and resolutely condemn Armenia for breaching the truce. It should also be noted that the spontaneously initiated rally towards the central Baku by citizens groups, angry at the losses, at the night of the 14th of July was mainly held calmly and peacefully. However, a small group of citizens in front of the Parliament caused provocation and broke into the building of the Parliament which led to the tensions between police and citizens. Moreover, some people overthrew police vehicles which increased the tensions even more.
We also regret that the tensions were accompanied by the use of disproportionate force, water cannons, rubber bullets, and tear gasses by police officers to disperse the crowd. Following this, police started to detain the number of citizens and take them to the police stations across the Baku throughout the day. Despite the absence of public information on the identity and the number of detained people, according to the information from independent sources, more than 70 people are still in police stations.
We condemn the pressure against the blogger and journalists covering the 14 July rally and consider the detention of bloggers Anar Abdulla, Firudin Salimov, and activist Elvin Jabizade without any reasonable explanation as groundless. At the same time, we deem the detention of members of the Popular Front Party of Azerbaijan – Asif Yusifli, Seymur Ahmadzada, Mahammad Imanli, Elvin Mammadov and the board member of the Nida Civic Movement – Elgiz Gahraman for participating in the rally as political discrimination and denounce the persecution of opposition organizations.
We note with concern that more than 70 people have been kept in police stations in narrow rooms, in unsuitable and anti-sanitary conditions, and without permission to contact the family members and their lawyers. As a result, the situation of the photograph Firudin Salimov, suffering from a chronic condition, deteriorated several times and urgent medical service was called for him.
We regard the current attitude towards the detainees from the rally of 14 July unlawful and violation of the relevant provision of both the Constitution of the Azerbaijan Republic, domestic legislation, and European Convention on Human Rights.
We, undersigned, call the Azerbaijani Government to respect the freedom of expression, assembly and right to liberty and fair trial of the citizens and regard it necessary to launch a fair and thorough investigation into the case of the detainees from the 14 July event to identify and fairly judge the people distorting peaceful rally.
Signatories:
- Anar Mammadli, Human rights defender
- Fuad Hasanov, Human rights defender
- Shahla Ismayil, Human rights defender
- Ziya Guliyev, Human rights defender
- Rasul Jafarov, Human rights defender
- Bashir Suleymanli, Human rights defender
- Bakhtiyar Hajiyev, Activist
- Aynura Abdullayeva, Activist
- Himayat Rizvangizi, Activist
- Ilgar Huseynli, Activist
- Sevil Yuzbashova, Activist
- Sabit Baghirov, Expert
- Gubad Ibadoghlu, Democracy and Welfare Movement
- Sabina Alakbarova, “Young Leaders” Education-Training and Development Public Union
- Elchin Sultanov, Ecology-expert
- Jasur Mammadov, Military research analytic
- Leyla Aliyeva, Political expert
[:az]Vətəndaş cəmiyyəti fəalları və hüquq müdafiəçilərinin
14-15 iyul yürüşü və sonrasında saxlanılan şəxslərin azad olunması barədə
Bəyanatı
Biz iyulun 12-dən başlayaraq, Azərbaycan-Ermənistan sərhəddinin Tovuz rayonu ərazisində başlayan hərbi toqquşmalar nəticəsində dövlət sərhəddinin pozulmasını, 12 hərbi qulluqcu və bir nəfər dinc sakinin həlak olmasını üzüntü ilə qarşılayaraq, Ermənistan tərəfinin atəşkəs rejimin pozmasını qətiyyətlə pisləyirik. Eyni zamanda bildiririk ki, bu itkilərlə bağlı qəzəblənmiş vətəndaşların iyulun 14-də gecə saatlarında Bakının mərkəzi küçələrində keçirdiyi yürüşlər əsasən dinc və sakit məcrada baş verib. Ancaq Milli Məclisinin qarşısında toplanmış yürüşçülər arasında kiçik qrup təxribat yaradaraq, parlamentin binasına daxil olmuş, bununla da polislə vətəndaşlar arasında gərginlik yaşanıb. Eyni zamanda bəzi şəxslər polis avtomobillərini aşırdaraq, gərginliyi daha da artırıb.
Biz həmçinin təəsüflə qeyd edirik ki, Milli Məclisin qarşısında yaşanan gərginlik az sonra polisin vətəndaşlara qarşı qeyri-mütənasib güc tətbiq etməsi ilə müşayiət olunub, yürüşü dağıtmaq üçün rezin güllələrdən, su şırnaqları və gözyaşardıcı qazdan istifadə edilib. Bunun ardınca səhər saatlarından başlayaraq gün ərzində müxtəlif şəxslər saxlanalaraq, Bakı şəhəri üzrə polis bölmələrinə aparılıb. Saxlanılan şəxslərin kimliyi və sayı barədə məlumat verilməsə də, müxtəlif mənbələrə əsasən polis bölmələrinə 70-dək şəxs gətirilib.
Biz 14 iyul gecəsi yürüşü işıqlandıran jurnalistlərə qarşı təzyiqləri qınayır, həmin gün heç bir səbəb göstərilmədən bloqerlər – Anar Abdulla, Firudin Səlimov və ictimai fəal Elvin Cəbizadənin saxlanmasını əsassız hesab edirik. Eyni zamanda yürüşdə iştirak edən Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalları – Asif Yusifli, Seymur Əhmədzadə, Məhəmməd İmanlı və Elvin Məmmədovun, NİDA Vətəndaş Hərəkatının fəalı Elgiz Qəhrəmanın saxlanmasını siyasi ayrı-seçkilik münasibəti kimi qiymətləndirir, müxalif təşkilatlara qarşı siyasi təqibləri pisləyirik.
Biz narahatlqıla bildiririk ki, son iki gün ərzində 70-dək şəxs polis bölmələrində 48 saatdan artıq müddətdə darısqal və şəraitsiz otaqlarda, ailə üzvləri və vəkilləri ilə ünsiyyətə imkan verilmədən, antisantitariya qaydalarına əməl olunmadan saxlanılıb. Məhz bu səbəbdən xronoki xəstəliyi olan fotoqraf Firidun Səlimovun halı pisləşib, polis bölməsində ona təcili yardım xidməti çağrılıb.
Biz 14 iyul aksiyası zamanı saxlanılan şəxslərə qarşı belə münasibəti yolverilməz və qeyri-qanuni hesab edərək, bu cür halların Azərbaycan Respublikası Konstitusiyası və milli qanunvericliyinin, habelə Avropa Insan Hüquqları Konvensiyasının müvafiq müddəalarının pozulması hesab edirik.
Biz Azərbaycan hakimiyyətini vətəndaşların sərbəst toplaşmaq, ifadə azadlığı, azadlıq və ədalətli mühakimə hüquqlarına hörmətlə yanaşmağa dəvət edərək, 14 iyul aksiyasına görə saxlanılanlar barədə ədalətli araşdırmanın aparılmasını, vətəndaşların dinc yürüşünə xələl gətirən şəxslərin müəyyən olunaraq, ədalətli şəkildə mühakimə olunmasını vacib sayırıq.
İmzalayanlar:
- Anar Məmmədli, Hüquq müdafiəçisi
- Fuad Həsənov, Hüquq müdafiəçisi
- Şəhla İsmayıl, Hüquq müdafiəçisi
- Ziya Quliyev, Hüquq müdafiəçisi
- Rəsul Cəfərov, Hüquq müdafiəçisi
- Bəşir Süleymanlı, Hüquq müdafiəçisi
- Bəxtiyar Hacıyev, İctimai fəal
- Aynurə Abdullayeva, İctimai Fəal
- Sabit Bağırov, Ekspert
- Qubad İbadoğlu, Demokratiya və Rifah Hərəkatı
- İlqar Hüseynli, İctimai fəal
- Sevil Yuzbaşova, İctimai fəal
- Səbinə Ələkbərova, “Gənc Liderlər” Təhsil İctimai Birliyi
- Elçin Sultanov, Ekoloq-eskpert
- Cəsur Məmmədov, Hərbi araşdırmalar üzrə analitik
- Leyla ƏLiyeva, Siyasi ekspert
- Himayət Rizvanqızı, İctimai fəal
[:]