96
[:az]İki gün öncə saxlanılaraq naməlum istiqamətdə aparılan, səhəri gün isə BMCMİ-də saxlanıldığı məlum olan Müsəlman Birliyi Hərəkatının üzvü Şamil Həsənov bu gün məhkəməyə çıxarılıb.
Nərimanov rayon məhkəməsində AR Cinayət Məcəlləsinin 228.1 (qanunsuz silah saxlama) maddəsilə ittiham olunan Ş. Həsənov haqqında 3 ay müddətinə sanksiya qərarı verilib.
Onun sabah Kürdəxanı təcridxanasına göndəriləcəyi bildirilib.
Xatırladaq ki, səhhətində ciddi problemlər olan Şamil Həsənov qısa müddət öncə başından ağır əməliyyat keçirib.
Ailəsi bildirir ki, hazırda dərmanlar hesabına yaşayan Ş. Həsənovun həyatı təhlükədir. Çünki o, polis yox, həkim nəzarəti altında yaşamalıdır.
Rakurs.TV[:]