[:az]Xalid Bağırovla bağlı Azərbaycan 18 min avro cərimələndi[:]

tərəfindən Gozetci

[:az]Avropa İnsan Hüquqlar Məhkəməsi (AHİM) bu gün, iyunun 25-də hüquqşünas Xalid Bağırovla bağlı qərarını elan edib.

Bu barədə AzadlıqRadiosuna danışan X.Bağırov deyib ki, qərar onun vəkillik fəaliyyətinin əvvəlcə bir il dayandırılması, daha sonra isə vəkillik fəaliyyətinə, ümumiyyətlə, xitam verilməsi ilə əlaqəlidir.

Hüquqşünasın qeyd etməsinə görə, AİHM qərarında onun iddia etdiyi pozuntuların əksəriyyətini tanıyıb.

X.Bağırovun deməsinə görə, məhkəmə hesab edib ki, ona münasibətdə Avropa İnsan Hüquqları Konvensiyanın 10-cu (ifadə azadlığı) və 8-ci (şəxsi həyata hörmət) maddəsinin pozuntusuna yol verilib.

Vəkillər Kollegiyasının keçmiş üzvünün vurğulamasına görə, Azərbaycan hökuməti ona buna görə 18 min avro təzminat ödəməlidir.

“Vəkillər Kollegiyasından uzaqlaşdırılmış bütün vəkillərin qələbəsidir”

“Bu qərar təkcə mənim qələbəm deyil. Vəkillər Kollegiyasından uzaqlaşdırılmış bütün vəkillərin qələbəsidir. Əslində, bu qərarla bu şəkildə vəkillikdən uzaqlaşdırılmış bütün vəkillərin Vəkillər Kollegiyasına üzvlükləri bərpa olunmalıdır. Bu qərar konkret göstərdi ki, vəkillərin Kollegiyadan uzaqlaşdırılmaları qanunsuz olub”, – X.Bağırov AzadlıqRadiosuna bildirib.

Bu qərara, hələlik, Vəkillər Kollegiyası, Məhkəmə Hüquq Şurası və başqa Azərbaycan rəsmilərindən münasibət almaq mümkün olmayıb.

Azadlıq Radiosu[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az