[:az]Rüstəm İsmayılbəyli: Saçlarıma toxunmadan, buraxmayacaqlarını dedilər[:]

tərəfindən Gozetci

[:az]

Rüstəm İsmayılbəyli və atası Hüseyn İsmayılbəyli

“Polisə müqavimət göstərməmişəm”

15 sutka inzibati cəza alan Rüstəm İsmayılbəyli iyunun 16-da sərbəst buraxılıb.

Rüstəm İsmayılbəyli iyunun 1-də Təhsil Nazirliyi qarşısında keçirilən aksiyada iştirak edib. Nazirlikdə görüşü bitəndən sonra saxlanıldığını və 18-ci Polis Bölməsinə aparıldığını bildirib. Rüstəm İsmayılbəyli saxlanıldığı zaman polisə müqavimət göstərmədiyini söyləyib.

O, jurnalistlərə həbsi barədə danışarkən İnzibati Qayadada Həbs olunanların Müvəqqəti Saxlama Məntəqəsində fiziki və psixoloji şiddət görmədiyini deyib:

“Bir dəfə göz qorxutmaq üçün blef oldu, vəssalam. Yalnız bu gün, buraxılana yaxın saçlarımı qırxdılar. Amma ona qədər deyirdilər ki, bax, sənin saçlarına toxunmuruq. Sonuncu gün isə saçlarıma toxunmadan buraxmayacaqlarını dedilər”.

Rüstəm İsmayılbəyli telefonunun hələ qaytarılmadığından narahatlığını bildirib:

“Ona görə məlumatsızam. 15 gün ərzində nələrin baş verdiyini öyrənəndən sonra gələcək aksiyalar haqda danışa bilərəm”.

İyunun 1-də bir qrup tələbə pandemiya ilə əlaqədar ali məktəblərdə ənənəvi qaydada dərslər keçirlmədiyinə görə ikinci semestr üzrə imtahanların və yarım illik ödənişin ləğvi tələbi ilə Təhsil Nazirliyi qarşısında aksiya keçirib.

Aksiyanın təşkilatçılarından biri Rüstəm İsmayılbəyli İnzibati Xətalar Məcəlləsinin 211 (karantin rejimi qaydasını pozma) və 535.1 (polisin qanuni tələbinə tabe olmama) maddələrilə günahkar bilinib.

Meydan TV[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az