[:az]Şəhər polisi jurnalistlərə karantin rejimi normalarını nəzərə almağı tövsiyə edir[:]

tərəfindən Gozetci

[:az]Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev Turan agentliyinə bildirib ki, paytaxt polisi vətəndaşların Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən edilmiş karantin rejiminə riayət edib-etməməsinə nəzarəti həyata keçirir.

Bu kontekstdə polis karantin rejimi ətrafında vəziyyəti işıqlandıran mətbuatın fəaliyyəti üçün şərait yaradır. Amma jurnalistlər də vətəndaşdırlar və karantin qaydaları onlara da şamil edilir. Xüsusən, onlar karantin rejimini pozmamaq üçün insanların toplaşdığı yerlərdə məsafəyə riayət etməlidirlər, polis də onların rejimi pozmasına yol verməməyə çalışır, deyə Hacıyev bildirib.

“Jurnalistlər bunu nəzərə almalıdırlar və qanunla və normativlərlə müəyyən edilmiş qaydalar çərçivəsində onların işi üçün heç bir maneə yoxdur”, deyə Bakı ŞBPİ-nin mətbuat xidmətinin rəhbəri bildirib.

Turan[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az