[:az]Dövlət Departamenti: Həbsdə olan dini fəalların sayı 45 ilə 55 arasında dəyişir – Beynəlxalq Dini Azadlıq Hesabatı[:]

tərəfindən Gozetci

[:az]ABŞ Dövlət Departamenti növbəti Beynəlxalq Dini Azadlıq Hesabatını açıqlayıb.

Hesabatda müxtəlif ölkələrindin azadlığının vəziyyətiilə yanaşı Azərbaycandakı vəziyyət də analiz edilib.

Xülasə

Hesabatın xülasəsində deyilir ki, Azərbaycan Konstitusiyasında dinin dövlətdən ayrı olması, eləcə də bütün dinlərin bərabərliyi təmin edilib. Bu, ayrı-ayrı şəxslərin dini etiqadlarını ifadə etmə və dini ayinləri həyata keçirmək hüququnu qoruyur. Bu şərtlər ictimai qaydanı və ya ictimai əxlaqı pozmur. Qanun hökumətin dini fəaliyyətlərə müdaxiləsini qadağan edir.

Hesabatda ötən il yerli məhkəmələrin 2018-ci ilin iyulunda Gəncə şəhərindəki etirazlardan sonra saxlanan 77 nəfərdən 57-nə qarşı hökm çıxardığı qeyd edilib.

“Azərbaycan səlahiyyətliləri məhkum edilənlərin konstitusiya quruluşunu dəyişmək istəyən şiə “ekstremistlərlə əlbir” olduğunu söyləyirlər. İnsan hüquqları müdafiəçiləri isə ilin sonunda bu məhkum edilən şəxslərin 48-ni siyasi məhbus siyahısına salıb; həmin şəxslər məhkəmələrdə deyiblər ki, onlardan saxta ifadə almaq üçün polis əməkdaşları və digərləri tərəfindən işgəncəyə məruz qalıblar. Yerli insan haqları qrupları və digərləri hökumətin dini fəallara ağır formada fiziki rəftarını, həbsələri davam etdirdiyini bildirir. Müsəlman Birliyi Hərəkatının liderləri Taleh Bağırzadə və Abbas Hüseynov Qobustan həbsxanasında üzləşdikləri pis rəftara etiraz kimi uyğun olaraq 16 və 14 günlük aclıq aksiyaları keçirib,”heabatda deyilir.

Sənəddə deyilir ki, siyasi məhbus və ya həbsdə olan dini fəalların sayı ilin sonunda 45 ilə 55 arasında dəyişib.

Azərbaycan hakimiyyətinin səlahiyyətliləri icazəsiz dini iclaslar keçirdikləri üçün şəxsləri qısa müddətdə həbs edib, cərimələyib və ya xəbərdar edib. Üzv sayı 50-dən az olan icmalar üçün hüquqi qeydiyyatdan keçməz əlçatmaz sayılır.”

Hesabatda məhkəmələrin dini materialların satışı və yayımı ilə icazəsiz məşğul olanları cərimələdiyi vurğulanır.

Bundan əlavə sənəddə Azərbaycanda hicab probleminə də toxunulur, hicab geyinən qadınların dövlət sektorunda ayrıseçkiliklə üzləşdiyi qeyd edilir.

Ənənəvi və qeyri-ənənəvi dini azlıqlara münasibət

Hesabatın bu hissəsində deyilir ki, noyabrın 14-15-də Dünya Dini Liderlərinin Bakı Sammiti baş tutub.

“Vətəndaş cəmiyyəti təmsilçilərinin sözlərinə görə, vətəndaşlar ‘ənənəvi’ dini azlıqlara, yəhudilərə, rus pravoslavlara və katoliklərə dözümlü yanaşır; ancaq ‘qeyri-ənənəvi’ hesab olunan qruplara şübhə və inamsızlıqla baxır,”sənəddə bildirilir.

Hesabata görə, səfir və ABŞ Səfirliyinin digər əməkdaşları hökumət rəsmilərini saxlananlara qarşı işgəncə iddiaları daxil olmaqla ciddi fiziki təzyiq iddialarını araşdırmağa çağırıb. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə işləyərək dini icmaların qeydiyyat prosesi ilə bağlı çoxdankı məsələlərin həllinə səsləyir.

Dini demoqrafiya

ABŞ hökuməti Azərbaycanda ümumi əhalini sayının 10,1 milyon (2019-cu ilin ortalarında) oluğunu bildirir. DQİDK-nin (Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi) 2011-ci il məlumatlarına görə əhalinin 96 faizi müsəlman, bunlardan təxminən 65 faizi şiə və 35 faizi sünnidir. Birlikdə əhalinin qalan 4 faizini təşkil edən qruplara Rus Pravoslav Kilsəsi; Gürcü pravoslav kilsəsi; Erməni Apostol Kilsəsi; Yeddinci gün Adventistləri; Molokan Kilsəsi; Roma Katolik Kilsəsi; digər məsihçilər, o cümlədən evangelist kilsələr və Yehovanın Şahidləri; Yəhudilər və Baha’islər daxildir. Digərlərinə Krişna Şüurlu Beynəlxalq Cəmiyyəti və heç bir dinə inanmayanlar daxildir.

Xristianlar əsasən Bakıda və digər şəhər yerlərində yaşayırlar. Təxminən 15 000 ilə 20 000 yəhudi kiçik icmalarının olduğu Bakıda yaşayır.

Rəsmilər

Azərbaycan hakimiyyətindən bununla bağlı şərh almaq mümkün olmayıb. Amma hakimiyyət nümayəndələri ölkədə insan haqları pozuntuları ilə bağlı beynəlxalq tənqidləri rədd edir, din azadlığı daxil olmaqla bütün təməl hüquq və azadlıqların qorunduğunu bildirir.

Amerikanın Səsi[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az