[:az]Amnesty İnternational: AİHM Azərbaycanın məhkəmə sisteminin İsmayılovaya qarşı kampaniyada iştirakını sübut edib[:]

tərəfindən Gozetci

[:az]Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) cümə axşamı jurnalist və keçmiş vicdan məhbusu Xədicə İsmayılovanın Azərbaycan hakimiyyətindən verdiyi şikayəti təmin edərək, onun xeyrinə qərar çıxarıb. AİHM öz qərarında belə bir nəticəyə gəlib ki, Azərbaycan hakimiyyəti Xədicə İsmayılovanın şəxsi həyatın toxunulmazlığı hüququnu qoruya bilməyib, bu da onların Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci maddəsi üzrə öhdəliyinə ziddir.

Söhbət hökümət yönümlü  KİV-lərin 2012-ci ildə İsmayılovaya qarşı böhtan kampaniyasında fəal iştirakından gedir. Bu kampaniya onun mənzilində gizli kamera ilə çəkilmiş intim xarakterli videogörüntülərin yayılmasından gedir.

“Avropa Məhkəməsinin qərarı Azərbaycanın məhkəmə sisteminin hakimiyyətin məşhur jurnalistin susdurulması səylərində və ölkədə fikri ifadə etmək azadlığı hüququnun pozulmasında iştirakını ifşa edir.

Xədicə İsmayılovanın uydurma ittihamla həbs cəzası çəkməsi azmış kimi, o, hakimiyyət tərəfindən illərlə təqibə, şəxsi həyatına müdaxiləyə və dövlət KİV-lərində hücum kampaniyasına məruz qalıb”, deyə Amnesty İnternational-ın Cənubi Qafqaz üzrə araşdırmaçısı Natalya Nozadze bildirib.

“Avropa Məhkəməsinin qərarı eyni zamanda Azərbaycan hakimiyyətinin jurnalistə qarşı düşmənçiliyini göstərir”, deyə o əlavə edib.

“Azərbaycan hakimiyyətini məhkəmənin qərarını tam yerinə yetirməyə çağırırıq. Buraya müəyyən edilmiş təzminatın ödənilməsi, insan hüquqlarının pozulmasında təqsirli olan bütün şəxslərin məsuliyyətə cəlb edilməsi və Azərbaycan məhkəmə sistemində siyasi sui-istifadələrə son qoyulması daxildir”, deyə o bildirib.

Bu, AİHM-nin Xədicə İsmayılovanın xeyrinə üçüncü qərarıdır. 2020-ci ilin fevralında məhkəmə Xədicənin 2015-ci ilin sentyabrında “susdurulmağa məcbur edilmək və jurnalist kimi fəaliyyətinə görə cəzalandırılmaq” məqsədilə s 7,5 il azalıqdan məhrum edilib.

2019-cu ilin yanvarında AİHM Azərbaycan hakimiyyətinin qalmaqala səbəb olan videogörüntülərin yayılması haqqında işi səmərəli araşdıra bilmədiyi üçün İsmayılovanın şəxsi həyatın toxunulmazlığı və fikri ifadə etmək azadlığı hüququnu pozduğunu müəyyən edib.

Turan[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az